Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB -FOTOLAR

Tarix: 02-02-2018 21:12     Baxış: 21 197 A- / A+
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB

2 fevral – Gənclər Günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov kəlbəcərli gənclərlə görüşüb.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin Gənclərlə iş departamentinin hazırladığı gənclərin fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.


Manevr.az xəbər verir ki, ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan millət vəkili Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Gənclər Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi yer tutur. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ondan bir il sonra, 1997-ci il fevralın 1-də isə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzaladı. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər Gününün təsis olunması dövlətimizin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtaşırı müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərlə görüşür, gənclərə etimad göstərib onları mühüm dövlət postlarına təyin edir.Cavid Qurbanov gənclərə bu günkü müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmiizn ictimai-siyasi həyatında fəal iştirak etməyə çağırdı.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Birliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu təşkilatın əsas məqsədi milli mədəniyyətimizi, adət-ənənələrimizi, aşıq sənəti, folklor və digər incəsənət nümunələrini toplamaq, araşdırmaq, onları qoruyub yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə çatdırılmasına yardımçı olmaq, eləcə də Aşıq Şəmşir yaradıcılığının öyrənilməsi, onun irsinin qorunması istiqamətində layihələr həyata keçirməkdən ibarətdir.
Birlik Ulu öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı da silsilə tədbirlər keçirir. Yarandığı gündən etibarən İctimai Birlik 700-ə yaxın müxtəlif səpkili layihələr, yerli və beynəlxalq əhəmiyyətli konfranslar, xeyiriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra layihələr reallaşdırıb. İctimai Birliyin beynəlxalq fəaliyyəti də çox uğurla davam və inkişaf etdirilir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi torpaq ağrısının yaratdığı bir təşkilatdır. Ən böyük sevgi Allah sevgisi, Vətən sevgisidir. İctimai Birliyin əsas hədəflərindən biri də bu gün düşmənin soyuq baxışları altında olan Kəlbəcər rayonunun tarixi, mədəniyyəti haqqında araşdırmalar aparmaq, Azərbaycan ozan sənətinin azman nümayəndəsi Dədə Şəmşir yaradıcılğını təbliğ edərək yaşatmaq və gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Mədəniyyət Ocağının üzvləri ölkəmizin tanınmış ziyalılarıdır və onların ətrafında yüzlərlə gənci birləşdirir. İctimai Birliyin bir missiyası da yurd-yuvasından didərgin düşmüş istedadlı gənclərə yardım etməkdən ibarətdir. Bu gəncləri öz ətrafında toplayan Birliyin əsas məqsədlərindən biri də gənc nəsilin vətənpərvər ruhda böyüdülməsidir.
Mədəniyyət Ocağı ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin inkişafı və çiçəklənməsi naminə həyata keçirdikləri işləri təbliğ etmək üçün Kəlbəcər gənclərinin Prezidentə dəstək qrupunu yaradıb. Yeni yaradılmış bu qrup bu gün sosial şəbəkənin ən aktiv qruplarındandır. Sosial şəbəkələrdə onların paylaşımları yüz minlərlə insanı əhatə edir.
Kəlbəcərli gənclər hər zaman dövlət və dövlətçiliyə sədaqətli olublar. Ölkəmizdə keçirilən seçkilərdə yüksək aktivlik göstəriblər. Möhtərəm Prezidentimizin ətrafında sıx birləşiblər və ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən xəyanətkar müxalifətə qarşı hər zaman öz kəskin mövqelərini bildirirlər.
Gənclərdən Prezident təqaüdçüsü Tibb Unveristetinin tələbəsi Ülkər Həmidova, Diplomatiya Akademiyasının (ADA) tələbəsi Rəşad Təhməzli, İqtisadi inkişaf Nazirliyinin əməkdaşı Allahverdi Paşayev, XİN-nin əməkdaşı Səbuhi Kərimov, Konsertatoriyanın tələbəsi, gənc xanəndə Səfər idirisov, Gənç alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Aytac Abbasova, Neft və sənaye universitetinin tələbəsi Ülkər isirafilova, I qrup Qarabağ əlili, vətənpərvər şair Elşad İbrahimov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minətdarlıqlarını bildirdilər.
Millət vəkili Cavid Qurbanova Gənclər mərkəzi ictimai birliyinin təsis etdiyi Gənclərin dostu və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin “Vətənə xidmət” diplomları təqdim edildi.
Millət vəkili Cavid Qurbnaov təhsildə və ictimai siyasi həyatda fərqlənən gənclərə diplomlar təqdim etdi.
Görüşdə iştirak edən gənclər Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin alternativsiz siyasi kursuna daim sadiq olacaqlarını bildiriblər.
Qeyd edək ki, sonda gənclərin adından Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB
Millət vəkili Cavid Qurbanov kəlbəcərli GƏNCLƏRLƏ GÖRÜŞÜB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar