Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hakimiyyətin namizədi bəllidir - İLHAM ƏLİYEV

Tarix: 01-02-2018 15:56     Baxış: 3321 A- / A+
Hakimiyyətin namizədi bəllidir - İLHAM ƏLİYEV


Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması son illərdir aparılan şayiələrə son qoydu. Əlbəttə ki, Əli Əhmədovun açıqlaması razılaşdırılmış qərarın anonsu idi.
Hakimiyyətin namizədi bəllidir - İLHAM ƏLİYEV



Manevr.az bu barədə politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbər Elxan Şahinoğlunun siyasi şərhini təqdim edir:

"Prezident İlham Əliyev bir il əvvəl xanımı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı birinci-vitse prezident təyin etdi. Bundan sonra gələcək prezident seçkisində hakimiyyətin namizədinin Mehriban Əliyevanın da ola biləcəyi müzakirələri genişləndi. Ancaq bunun üçün Mehriban Əliyevanın namizədliyini İlham Əliyev irəli sürməliydi. Bu ehtimal çox az idi, ancaq var idi, siyasi kuluarlarda müzakirə olunurdu. Mehriban Əliyevanın reytinqi əhali arasında yüksəkdir. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürülsəydi, onun da İlham Əliyev kimi prezident seçilməsi şansı yüksək idi.

Buna baxmayaraq, İlham Əliyev özü prezident olacağına qərar verdi. Bunun 3 önəmli səbəbi var:

Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi. Çünki, hakimiyyətin namizədi kim olacaq – sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi. Hakimiyyət içindəki bəzi qruplar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən ehtiyat edir, mövqelərini qorumaq üçün müxtəlif təhlükəli oyunlara qoşula bilərdilər. Bu isə hakimiyyətin özü üçün və dövlətin təhlükəsizliyinə müəyyən problemlər yarada bilərdi. İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu. Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.

İkincisi, prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir. Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək. Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu onun nüfuzunun daha da artmasına şərait yaradacaq.

Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, “kimə stavka edək” kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını tez elan etməklə ölkəni xarici təhlükələrdən də qorumaq məcburiyyətində idi."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar