Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qeyri adi uşaq doğuldu– CİNSİYYƏTİNİ TƏYİN ETMƏK OLMADI

Tarix: 01-02-2018 13:03     Baxış: 1756 A- / A+
Azərbaycanda qeyri adi uşaq doğuldu– CİNSİYYƏTİNİ TƏYİN ETMƏK OLMADI


Azərbaycanda xayaları yerində olmayan uşaq dünyaya gəlib. Həkimlər onun cinsiyyətini təyin etmək üçün analiz istəmək məcburiyyətində qalıb. Bununla bağlı Ailem.az-a məlumat verən uroloq cərrah Fuad Hüseynov bildirir ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub: “Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Dr. Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi. XY yəni xromosom analizinə görə baxdıq ki, oğlandır və ciddi endokrinoloji problemi yoxdur”.

F.Hüseynov məlumat verir ki, uşağa hipospadiyanın (Peyğəmbər, anadangəlmə yarım sünnətli) ən ağır formalarından biri olan perineal tip hipospadiya diaqnozu qoyulub: “Yəni sidik kanalının xarici dəliyi cinsiyyət orqanının ucuna deyil, xayaların ortasına açılırdı, cinsiyyət orqanının ölçüsü olduqca kiçik idi və aşağıya doğru əyilmişdi. İlk öncə cinsiyyət orqanının ölçüsünü böyütmək üçün hormon müalicəsi aldı. 1 yaşında ilk etap əməliyyatını uğurla bitirdi”.

“İlk etapda xayanı qasıq kanalından xayalığa normal yerinə endirdik ,cinsiyyət orqanındakı əyriliyi düzəltdik və sünnət dərisinin içərisindən sidik kanalındakı deffekti bərpa etmək üçün material köçürdük. Hazırda evlərindədir, 2-ci seans əməliyyatını gözləyir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar