Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hirkan Milli Parkında dişi bəbir göründü

Tarix: 31-01-2018 16:27     Baxış: 4311 A- / A+
Hirkan Milli Parkında dişi bəbir göründü

30 yanvar 2018-ci il tarixində Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakiniTalıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib.

Manevr.az saytı xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən modern.az-a verilən məlumata istinadən bildirir ki, hadisədən az sonra Milli Parkın yegerləri tərəfindən ərazidə yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub. Qeyd edək ki, hadisədən bir həftə öncəhəmin bəbirin epizodları Hirkan Milli Parkının Şindan meşəbəyliyində quraşdırılmış fototələlərədüşüb.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, IDEA İctimai Birliyinin nümayəndələri ərazidə olub və yerli əhali ilə Azərbaycan meşələrinin incisi sayılan və nadir növ olan bəbirin mühafizəsi barədə söhbətlər aparıb.

Qeyd edək ki, uzun illərdir IDEA İctimai Birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində bəbirlərin mühafizəsi layihəsini həyata keçirir. Layihə çərçivəsində bəbirlərin yaşadığı areallarda yerli icma nümayəndələri ilə görüşlər keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır, davamlı mühafizə tədbirləri işlənib hazırlanır.

Sevindirici haldır ki, hadisə zamanı bəbir fermerin ev heyvanına hücum edərək ziyan vursa da, fermer vətəndaş mövqeyi nümayiş etdirərək balalarının olduğu ehtimal edilən bəbirə ziyan vurmayıb. IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tövsiyəsi ilə layihəni icra edən təşkilatlar tərəfindən zərərçəkmiş fermerə kompensasiya ödənilməsi üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, bəbir (qaplan) yırtıcılar dəstəsinə aid olub, Ümümdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə nəticəsində zərər çəkmiş Astara rayonu sakininə məsələyə məsuliyyətlə yanaşdığına görə təşəkkürünü bildirir, vətəndaşlarımızı Qafqaz bəbiri və digər nadir,nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi məsələsində vətəndaş mövqeyi nümayiş etdirməyə çağırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar