Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB

Tarix: 31-01-2018 09:21     Baxış: 21 407 A- / A+
Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB


Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək.

Yanvarın 30-da Polşa Prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Bir müddət öncə seym 156 səsə qarşı 254 səslə bu barədə müvafiq qanun qəbul etmişdi.

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, qanun 2018-ci ilin matından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək. Qanunu pozanları cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Polşanın Baş naziri Mateuş Moravetski qanunu şərh edərkən onu dəstəklədiyini bildirib və bu cür məhdudiyyətlərin Avropa İttifaqının bəzi ölkələrində mövcud olduğunu qeyd edib.

Qanunun əleyhdarları isə yeni qaydaların, ilk növbədə, Şərqi Polşadakı sərhədyanı rayonlarda yerləşən mağazalara mənfi təsir göstərəcəyini iddia edirlər. Belə ki, təkcə Belorus vətəndaşları Polşa mağazalarında 100 milyon avrodan çox pul xərcləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar