Xəbər lenti
Orqanizmi nikotindən təmizləyən 10 məhsul
Manevr.az
Siqaret çəkmək ziyandır, siqaret çəkmək insan ömrünü azaldır və ölümü sürətləndirir. Bu çox zərərli vərdişi nə qədər tez tərgitsəniz, bir o qədər yaxşıdır.
Nikotin orqanizmdən bir-üç gün müddətində çıxır. Bu baş verəndə insan daha ürəkdən nəfəs alacaq və dərhal özünü yaxşı hiss edəcək. Bu prosesi bəzi qida məhsulları ilə sürətləndirmək olar.
Sizə orqanizmi nikotindən təmizləyən məhsulların siyahısını təqdim edir:
1. Брокколи
Brokkolidə dəmir yüksək konsentrasiyada olur, həmçinin B5, C və B vitamini ilə zəngindir. Məhz onlar orqanizmdə vacib həyati proseslərin əksəriyyətini tənzimləyir. Brokkolini mümkün qədər çox yeyin və zəhərlərin təsirindən etibarlı şəkildə xilas olun.
2. Portağal
Nikotini məhv edən digər amillərdən biri də C vitaminidir. Bu vitamin stressin səviyyəsini azaldır. Portağal gərginliyə də layiqincə müqavimət göstərir.
3. İspanaq
İspanaqdakı B9 vitamini və fol turşuları nikotini orqanizmdən çıxarmaq üçün nadir xüsusiyyətlərə malikdir. Siqaret çəkənlər tez-tez yuxusuzluq və halsızlıqdan əziyyət çəkir, ispanaq isə bu kimi bir çox zərərli əlamətləri heçə endirəcək.
4. Zəncəfil
Zəncəfil kökü orqanizmi dərindən detoksikasiya edir və siqaret ilə mübarizə aparır. Xüsusilə çiy zəncəfil yemək siqareti atan insanlara və normal çəkini saxlamağa kömək edir.
5. Quşüzümü
Bu faydalı giləmeyvə nikotini təmizləməyə kömək edir və qan dövranını sürətləndirir. Quşüzümü də qanda şəkərin miqdarını artırır və siqaret çəkmək istəyi ilə effektiv mübarizə aparmağa kömək edir.
6. Limon
Limon nikotin asılılığına qarşı mübarizədə daha bir təsirli köməkçidir. O, immunitetin keşiyini çəkir, həmçinin dərini bərpa edir və siqaretin zərərlərini azaldır.
7. Kök
İstənilən siqaret çəkən insan A və C vitamini azlığından əziyyət çəkir. Bu isə baş-beyin və sinir sonluqlarının hüceyrələrinin dağılmasına gətirib çıxarır. A və C vitamini ilə zəngin olan yerkökü bununla güclü mübarizə aparır.
8. Nar
Siqaret ürək-damar sisteminə ciddi təsir edir, ürək döyüntülərini sürətləndirir, təzyiqi artırır və qanda oksigenin miqdarını azaldır. Nar ürəyi tonusa gətirərək ona müsbət təsir göstərir.
9. Buğda toxumu
Ümumiyyətlə, istənilən taxıl və dənli bitkilər faydalı maddələrlə zəngindir. Bu bitkilər boruları elastik edərək insult riskini azaldır.
10. Kələm
Siqaret çəkən insanlar zülal çatışmazlığını doldurmaq üçün qida rasionuna bu bitkini daxil etməlidir. Bundan başqa, kələm bədəni kalsium ilə təmin edə bilər.Publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar