Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənilər bununla Türkiyəni gözdən SALMAĞA ÇALIŞIR"- Politoloq N. Məmmədova

Tarix: 29-01-2018 23:00     Baxış: 2475 A- / A+
"Ermənilər bununla Türkiyəni gözdən SALMAĞA ÇALIŞIR"- Politoloq N. Məmmədova


Son günlərdə Türkiyənin terrorçulara qarşı “Zeytun budağı” şərti adı altında həyata keçirdiyi Afrin əməliyyatları bütün dünya mediasının manşet mövzusu olaraq qalmaqdadır.
Sürətlə və bir o qədər də uğurla davam etdirilən əməliyyatların regiondakı geosiyasi proseslərin sonrakı gedişinə necə təsir edəcəyi hər kəsi dşündürür. Bununla bağlı sulları həm də ona görə konkret cavablandırmaq çətindir ki, bir çoxları üçün Türkiyənin belə qətiyyətli və cəsarətli addım atacağı gözlənilənilən deyildi.

Elə ermənilər üçün də bu hadisə qanqaraldıcı sürpriz oldu. Qardaş ölkənin bütün geosiyasi şərtlərə rəğmən öz iradəsini kəskin ortaya qoyması və bütün hesabları alt-üst etməsi ermənilərin canına əməlli başlı qorxu salıb. Onlar belə bir “ildırımsürətli antiterror əməliyyatının” Türkiyənin dəstəyi ilə Azərbaycanın da apara biləcəyindən ciddi təşvişə düşüblər.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan bildirib ki, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün deyil, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir. Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək: “Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək”.

Mövzunu şərh edən politoloq Nəzakət Məmmədova bildirib ki, ilk növbədə nəzərə alınmalıdır ki, Türkiyənin bu əməliyyatda uğur qazanması ABŞ-ın Yaxın Şərq planlarının uğursuzluğa düçar olması demək olacaqdır: “Çünki Yeni Orta Şərq layihəsi adlandırılan planda əsas məqsəd soyuq müharibədən sonrakı dövrdə yaranmış müasir beynəlxalq şəraitdə bölgənin xəritəsini yenidən cızmaq idi. ABŞ hesab edir ki, SSRİ-nin süquta uğramasından sonra dünyada birqutblu dünya sistemi yaranıb və bu şəraitdə dövlətlərin sərhədləri dəyişdirilməlidir, yeni dövlətlər meydana gəlməlidir”.

N. Məmmədovanın sözlərinə görə, Suriya bu məsələdə əsas hədəf ölkələrdən biri idi. Lakin Türkiyə bunun qarşısını almaq üçün Afrin əməliyyatına başlamaq qərarı verdi. Əks halda Türkiyənin ərazi bütövlüyü məsələsi təhlükə altında qalardı. Bu əməliyyat Türkiyə üçün olduqca vacib idi. Bununla ABŞ-ın bölgədəki planları iflasa uğraya bilər.

O ki, qaldı bu proseslərin Dağlıq Qarabağ münaqişəsinə, ermənilərin təbirincə desək, “əməliyyatların Qarabağda davam etdirlməsi” məsələsinə politoloq Nəzakət Məmmədova qeyd edib ki, bu, indiki şəraitdə bir qədər reallıqdan uzaqdır, həm də bununla ermənilər Rusiyanın diqqətini Türkiyənin bölgədəki nüfuzunun artmasına çəkərək onu hədəfə gətirməyi planlayırlar: “Türkiyənin Azərbaycanla birgə Qarabağda əməliyyat aparması inandırıcı görünmür. Çünki bu münaqişə üç həmsədr ölkəyə həvalə olunub və ora kənar bir dövlətin müdaxiləsinə imkan verilmir. Türkiyə həm də NATO ölkəsidir və onun hər hansı bir hərbi əməliyyat keçirməsi planları bu təşkilatla razılaşdırılır...

Ermənilər sadəcə olaraq, hər bir şəraitdən istifadə edərək Türkiyəni gözdən salmağa, onun adını münaqişələrdə hallandırmağa, özlərinin əzabkeş obrazını yaratmağa çalışırlar. Eyni zamanda, hazırda Rusiya və Türkiyənin həddən artıq yaxınlaşması erməniləri narahat edir ki, Türkiyə Rusiyanın gizli razılığını alıb Qarabağda ermənilərə qarşı Azərbaycana kömək edə bilər. Çünki “Aprel savaşı” onları çox qorxudub”.
Politoloq vurğulayıb ki, bu iddialar hazırda inandırıcı görünmür./Azfakt.info


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar