Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalist ÖLÜMDƏN DÖNDÜ :Mala, pula, vara, dövlətə həris olmayın...

Tarix: 24-01-2018 19:16     Baxış: 2591 A- / A+
Əməkdar jurnalist ÖLÜMDƏN DÖNDÜ :Mala, pula, vara, dövlətə həris olmayın...


Bu səhəri iki həmkarımızın ölüm xəbəri ilə açdıq. Hər iki jurnalistin vaxtsız ölümü ölkə mediası üçün ağır itki oldu. Ardından isə, tanınmış şair, Əməkdar jurnalist Rafiq Odaydan bizi narahat edən xəbər gəldi. Şükür, budəfə həmkarımız ölümə yaxa verməyib.

Manevr.az xəbər verir ki, bu barədə Rafiq Oday öz sosial şəbəkəsində yazıb:

"Bir neçə gündür ki, FB ilə ünsiyyətim yoxdur. Yeniliklərlə maraqlana, paylaşımlara münasibət göstərə bilməmişəm. Buna görə də dostların narahatçılığını təbii sayıram.
Bütün bunları nəzərə alıb qərara gəldim ki, səbəbini müəyyən detallarda olsa dostlara çatdırım.

3 gün bundan öncə hamamda yuyunarkən dəm qazı və yuxarı təzyiq səbəbindən həyatla, dünya ilə bütün əlaqələrim kəsildi və kliniki ölüm keçirdim. Təxminən bir neçə saat yaşadığımız dünya ilə heç bir bağlantım olmadı. Bir neçə saatdan sonra Allah-taala məni bağıladı və Sumqayıt şəhər Təcili tibbi yardın stansiyasının tibb personalının əli ilə məni yenidən həyata qaytardı. Sonra da bütün gecə Təcili tibbi yardım xəstəxanasının terapiya şöbəsində (3-cü mərtəbə) vəziyyətdən tam çıxarıma prosesi davam etdirildi. İndi yaxşıyam. Bir onu bilirəm ki, dünyaya yenidən doğulmuşam, yəni Allah-taala mənə yenidən həyat bəxş edib. Savablarımın üstünə daha çox savab gətirmək üçünmü, günahlarımı yumaq üçünmü bilmirəm. Amma onu bilirəm ki, ötənlərə nəzər salmaq, olub-keçənlərdən nətiçə çıxarmaq üçün bu bir şanddır verilib mənə.
Bir də fürsətdən istifadə edib, bir fikrimi çatdırmaq istəyirəm: nə qədər ki, həyatdasınız yaşamağın dadını çıxarın, səmimi olun, kin-küdrətdən, yalandan, riyadan, saxtakarlıqdan uzaq olun. Dostları, yaxınları, əzizləri sevin, yaxşılıq edin. Onlara hörmət və sayğı göstərin. Mala, pula, vara, dövlətə həris olmayın. Çünki son məqamda bunların heç biri köməyə çatmır.
Nəticə: yaşamaqdan, yaxşı insan olmaqdan və yaxşılıq etməkdən gözəl heç nə yoxdur həyarda.
Hər birinizə sağlam can və yaxşı insan olmağı arzu edırəm."

Dərin hörmət və sevgilərlə,
dünyaya yenidən gəlişinin hələ bir həftəsi
tamam olmamış dostunuz Rafiq Oday.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar