Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Donald Tramp qeyri-standart düşüncəli insandır"-Şahlar ƏSGƏROV

Tarix: 21-01-2018 22:09     Baxış: 2494 A- / A+
"Donald Tramp qeyri-standart düşüncəli insandır"-Şahlar ƏSGƏROV



ABŞ-ın indiki prezidenti cənab Donald Trampın hakimiyyətə gəlməsindın 10 gün sonra
Manevr.az saytı "Donald Trampın düşüncəsində pul, gözəl xanımlar əsas yer tutur" adlı məqaləmi paylaşdı. Bu məqalədə yazmışdım:

”Son illər çap etdirdiyim kitablarda ən çox güvəndiyim elmi yenilik -kamillik əmsalıdır. Kamillik əmsalı insanın ictimai mənafeyinin şəxsi mənafeyə olan nisbətini göstərir. Bu əmsal 0 ilə ∞ (sonsuzluq) arasında dəyişir. Daşın kamilliyi sıfır, cənab Haqqın kamilliyi isə sonsuzdur. Hacı Zeynalabdin Tağıyevin kamilliyini yadımıza salaq. Onun həyatında pul qazanmaqla bərabər, yüzlərlə gəncin xaricdə təhsili, Bakıda ilk qız məktəbinin açılışı da var. Onun xeyriyyə Fondu olub. Bu əmsalın qiyməti digər milyonerlərlə müqayisədə H.Z. Tağıyevdə çox olubdur. Bu əmsalın işığında Donald Trampın həyatına baxsaq, sevindirici heç nə görünmür. ABŞ-da əhalinin kortəbii narahatçılığının əsas səbəbi budur. Bu insan ömür boyu şəxsi mənafenin daşıyıcısı olub. Onun tərcümeyi-halında ictimai mənafe ilə bağlı nümunələr tapmaq çətindir. Xeyriyyə işləri və ya fondu, məncə, yoxdur. Düşüncəsində pul, gözəl xanımlarla əylənmək əsas yer tutur. Amma qeyri-standart düşüncəli insandır. Gələcəkdə qeyri-standart qərarlar çox ola bilər. Qarabağ probleminin həllinin bir yolu da qeyri-standart düşüncədən keçir. Güman etmək olar ki, Qarabağ problemini həll etmək də onun missiyasına daxildır. Kaş o bunu biləydi və edəydi. Onda yaddaşlarda ədalətsevər ( kamil) prezident kimi qalardı”.
Burada açar ifadə kamillik əmsalıdır. Əslində kamillik əmsalı elə bir kəsrə bərabərdir ki, onun sürətində ictimai mənafe, məxrəcində şəxsi mənafe durur. D.Trampın tərcümeyi- halını dərindən bilmədən, araşdırma aparmadan, münəccimlik etmədəm onun haqqında bir sıra ciddi fikirləri (“sevindirici heç nə görünmür “ və ya “qeyri-standart düşüncəli insan”) elmə əsaslanaraq söyləmişdim. Qeyd edim ki, biznes sahəsində D.Trampın kamillik əmsalı çox böyük qiymətə malikdir. Çünki onun bu sahədə bildikləri bilmədiklərindən qat-qat çoxdur. O, bu səbəbdən milyarderdi. Amma siyasət sahəsində onun kamillik əmsalının qiyməti arzu olunandan çox aşağıdır. Ona görə ki, onun şəxsi mənafeyi ictimai mənafeyindən qat-qat çox olub. Hər kəsə məlumdur ki, D.Tramp iş adamı olub və onun arzu olunan ictimai və dövləti fəaliyyəti olmayıb. Onun kamilliyini təyin edən kəsrin sürəti çox kiçik, məxrəci isə çox böyükdür. Aydındır ki, bu deyilənlər münəccimlik yolu ilə deyil, elmi yolla əldə edilmişdir. Bu elmlə maraqlananlar “Kamilləşən Düşüncə” (Bakı,2013) kitabımdan ətraflı məlumatlar ala bilərlər.
Göründyü kimi D.Tramp haqda deyilən fikirlərin nəzəri əsası var və bu fikirlər göy elmlərinə yox, yer elminə əsaslanır. Buradan çıxaracağımız nəticə bundan ibarətdir ki, o öz dogma sahəsində çox ağıllı insandır. Ancaq onun siyasi faliyyəti haqqında belə fikirləri söyləmək çətindir. Çünki, onun yaşam tərzi göstərir ki, o, ictimai mənafe daşıyıcısı yox, şəxsi mənafe daşıyıcısı olub. Belə dünyagörüşlə siyasi problemləri həll etmək çox çətindir. Dediklərimi düzgün başa düşmək üçün İosif Stalindən bir misal gətirmək istəyirəm:
İ.Stalin müharibənin sonu ilə bağlı vəziyyəti müzkirə edir. Bir general -polkovnikin məruzəsindən razı qalır və soruşur: əlavə sözünüz varmı? General deyir ki, şəxsi xahişim var: Berlindən qayıdanda xoşum gələn bir neçə şeyi nəzarət məntəqəsində aldılar. İistərdim ki, onlar qaytarılsın. Stalin: ”raport yaz, üstünü yazaram” - deyir. Stalin generalın əvvəlcədən yazdığı raportun üstünə yazır: “Polkovnikin zir- zibilini özünə qaytarın”. İ.Stalin. General deyir ki, yoldaş Stalin, mən polkovnik deyiləm, general- polkovnikəm. Stalin deyir: yoldaş polkovnik, orda hər şey düz yazılıb.
Hekayətdən görünür ki, Stalin general-polkovnikin şəxsi mənafe daşıyıcısı olduğunu dərhal təyin etmiş və onun maddi istəyini təmin etsə də, mənəvi cəhətdən ciddi cəzalandırmışdı. Çünki, Stalin böyük dövlət adamı kimi ictimai mənafenin müdafiəçisi idi. Siyasətlə məşğul olan insanların fəaliyyətinin ana xətti ictimai (dövlət, partiya, cəmiyyət) mənafeni qorumaqdır. Göründüyü kimi Stalinin kamillik əmsalımdan xəbəri olmasa belə, intuitif olaraq dövləti mənafeyini şəxsi mənafedən çox üstün tutur və qoruyur.
D.Trampın biznes sahəsində kamilliyi çox böyük, siyasət sahəsində isə az olduğundan məqalədə belə fikirlər söyləmişdim ki, onun qəbul edəcəyi qeyri -standat qərarlar çox olacaqdır. Biznesdə uğurlu hesab edilən qərar, siyasətdə qeyri- standart kimi qəbul oluna bilər.
«Известия» qəzetinə (5.04.2005) verdiyi müsahibədə D.Tramp demişdi: “mən siyasətçilərdən yorulmuşam, onlar ona görə prezident seçilirlər ki, işləri heç nəyə yaramır. Biznesmenin prezident olmasında isə pis heç nə yoxdur”. Qeyd edim ki, bir gün belə dövlət işində işləməyən birinin dövlət başçısı postuna iddialı olmasının özü qeyri - standat düşüncənin məhsuludur.
Göründüyü kimi D.Tramp qeyri -standart düşüncə sahibidir.

Cənab Donald Trampın ikinci qeyri - standart qərarı, öz mobil nömrəsini beynəlxalq siyasəti müəyyənləşdirən şəxslərə (Moderator.az 31/05/2017) verməsi oldu. Bu addım sadə biznesmen düşüncəsinin nəticəsi idi.
D.Trampın üçüncü qeyri- standart qərarı Qüdslə bağlı 06.12.17 tarixli acıqlaması oldu. Bu haqda Manevr az-ın 12.12.17 sayında "Köhnə qapı, həmən daban, mən deyən oldu, olmadı?" məqaləsi ilə fikrimi bildirmişəm. Və onun “Mən qərar vermişəm ki, Yerusəlimi rəsmən İsrailin paytaxtı olaraq tanımağın vaxtı gəlib çatıb...Mən bunun ABŞ-ın, eləcə də İsrail və fələstinlilər arasında sülhün axtarışı üçün ən yaxşı qərar olduğu qənaətinə gəlmişəm”, qərarının növbəti qeyri - standart qərar saymışam. Bu qərar da onun siyasi yox, biznesmen düşüncəsindən qidalanır.
Bu cür qərarlar ABŞ jurnalistlərini çox əndişələndirmiş və prezidentin pisixi durumu ilə bağlı bir çox məqalələrin yazılmasına səbəb olmuşdur. ABŞ –ın "The Washington Times" qəzeti 18.01.2018 tarixli sayında yazır ki, bu məqalələrə cavab olaraq ABŞ prezidenti D. Tramp özünü “olduqca təmkinli dahi” adlandırıb. Jurnalistlər bu fikri də dözümsüz qarşılayıblar. Trampın illik tibbi müayinəsi göstərib ki, prezident, həqiqətən, çox təmkinli və sağlam adamdır. Həkim Cekson jurnalistlərə bildirib: “Prezidentin ümumi sağlamlıq durumu əladır. Tibbi baxış göstərdi ki, prezidentin kardioqramı yaxşıdır. Dövlət başçısı sağlam ürəyi qoruyub və bütünlükdə çox sağlam adamdır, çünki ömrüboyu alkoqol və tütün istifadə etməkdən vaz keçib”. Sonra həkim qeyd edib ki, Tramp koqnitiv (psixologiyanın insan psixikasının idraki proseslərini öyrənən bölməsi) testdən keçirilməsində israrlı olub və əlavə edib ki, Ağ Ev başçısı əla nəticələr göstərib.
Sonda bir daha qeyd edim ki, kamillik əmsalında siyasətçinin arzuları kəsrin sürətində, biznesmenin arzuları isə kəsrin məxrəcində yer alır və ziddiyyət təşkil edirlər. Prezidentlikdən öncə cənab D.Trampı bir milyarder olaraq ABŞ əhalisinin bir qismi tanıyırdı. İndi onu dünya əhalisinin böyük bir qismi tanıyır. Başqa sözlə, prezidentlikdən öncə o, kəsrin məxrəcinə, indi isə sürətinə qulluq edir. Kamilliyi artırmaq xətrinə cənab prezident məxrəci sürətə qurban verməlidir. Başqa sözlə, Fond yaradaraq malik olduğu milyardları ABŞ və dünyada sülhün qorunmasına yönəltməli, problemləri ədalətlə çözərək tarixin şərəfli səhifələrində yer almalıdır. Onda Dünya problemləri və bizim Qarabağ problemimiz də öz həllini tez tapar.

Prof.Şahlar Əsgərov

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar