Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Serbiyadakı səfirliyi Qanlı Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirib

Tarix: 20-01-2018 14:28     Baxış: 3380 A- / A+
Azərbaycanın Serbiyadakı səfirliyi Qanlı Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirib


Serbiya ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsin
in dəhşətləri barədə məlumatlandırılıb.

Manevr.az xəbər verir ki, yanvarın 19-da Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirib.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, Azərbaycan icmasının üzvləri və azərbaycanlı tələbələr, KİV-lərin və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışılıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışılıb. Faciə zamanı 140-dan artıq dinc sakinin qətlə yetirildiyi, 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanıb, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilib.

Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxıblar.

Tədbirdə Azərbaycan ombudsmanının 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatı oxunub.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz, eləcə də Azərbaycan ombudsmanının bununla əlaqədar bəyanatı xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.(azərtac)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar