Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən FƏRMAN: yeni islahatlarla bağlı

Tarix: 17-01-2018 15:14     Baxış: 3362 A- / A+
Prezidentdən FƏRMAN: yeni islahatlarla bağlı

"Cari ildə struktur islahatları çərçivəsində yeni, daha ciddi addımlar atılacaq".

Manevr.az "qaynarinfo"-ya istinadə xəbər verir ki, bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yazıb. O qeyd edib ki, struktur islahatları bir qayda olaraq idarəçilikdə çevikliyin artırılmasını təmin etməyi hədəfləyir:

Prezidentdən FƏRMAN: yeni islahatlarla bağlı


"Belə islahatların dövlət büdcəsinin vəsaitlərinə qənaət etmək məqsədilə aparıldığını düşünənlər də az deyil. Ancaq vəsaitlərə qənaət bu cür islahatların ali məqsədi ola bilməz. Ölkə Prezidenti tərəfindən son iki ildə bu istiqamətdə bir çox qərarlar qəbul edilib. 21 oktyabr 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıldı. O vaxt bu fərmanın qəbulu hansı zərurətdən irəli gəldi? Öz ərazisində tranzit yüklərin daşınmasında çox ciddi layihələrin reallaşdırılmasına start vermiş hökumət bu sahədəki məsələləri - ilk növbədə isə tranzit yükdaşımalarda tariflərin müəyyən edilməsindəki boşluqları aradan qaldırılmalı idi. Bu tarifləri müəyyənləşdirərkən ilk növbədə sahə maraqlarından çıxış edən tranzit yükləri daşıyan nəqliyyat təşkilatlarının apardığı tarif siyasəti son nəticədə yüklərin Azərbaycan üzərindən deyil, alternativ marşurutlarla daşınmasına yol açırdı. Yükdaşımaların tariflərini vahid pəncərə prinsipi ilə müəyyən edən yeni strukturun tarif siyasəti isə bu sahədə ciddi dönüş yaratdı. İndi bu tariflər ayrı-ayrı yükdaşıyanların sahə maraqlarını deyil, bütövlükdə dövlətin maraqlarını ortaya qoyur. Bu hesaba da hər il Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artır.

Yanvarın 12-də Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması da nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin maksimum təkmilləşdirilməsini nəzərdə tutur. Yeni struktur isə bu sahədəki işlərin səmərəliliyinin maksimum artırılmasını təmin etməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar