Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

QANUN TƏSDİQ EDİLDİ: bu şəxslərin sosial-məişət problemlərinin həlliinə yardım göstəriləcək

Tarix: 17-01-2018 11:22     Baxış: 31 083 A- / A+
QANUN TƏSDİQ EDİLDİ: bu şəxslərin sosial-məişət problemlərinin həlliinə yardım göstəriləcək


Manevr.az nazirliyə istinadən xəbər verir ki, “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
Proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edir.
Sənəddə bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il ərzində görüləcək tədbirlər əksini tapır. Belə ki, proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, onların ölkə daxilində müalicə olunmalarına köməkliyin, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi və sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi, əlillik problemi ilə bağlı informasiya təminatının, bu təbəqələrdən olan insanlara diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması kimi tədbirlər yer alır.
Sənəddə qeyd olunan insanların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin (o cümlədən, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulub. Proqramda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsi, onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması ilə bağlı tədbirlər də əksini tapır.
Eyni zamanda, həmin insanların yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ildə də ümumrespublika səviyyəli tədbirin təşkil edilməsi planlaşdırılır. Proqrama uyğun olaraq bu il Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi də keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar