Xəbər lenti
BAO Xamneyiyə “dəstək aksiyası”na münasibət bildirdi
Bütöv Azərbaycan Ocaqları (BAO) bir qrup iranpərəst şəxsin İran səfirliyi qarşısında keçirdiyi Xamneyiyə "dəstək aksiyası" ilə əlaqədar bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:
Manevr.az saytına daxil olan bəyanatda deyilir:
"13 yanvar 2018-ci il tarixində Azərbaycanda "aksiya" keçirərək, İran İslam Respublikasının ali lideri Xameneyini rəhbər adlandırmaları və onun düşmənlərinə ölüm hayqırmaları cəmiyyətimizdə normal qarşılanmadı. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, müstəqil bir dövlətin vətəndaşları İran İslam Respublikasının lideri Seyid Əli Xameneyini özlərinə rəhbər adlandırıb, İran vətəndaşı kimi danışırdılar. Kim idi bunlar? Bunlarmı dini kəsimi təmsil edirdilər?
Əslində, ölkəmizdə dindarlara qarşı həmişə müsbət münasibət olubdur. Amma bu o demək deyildir ki, hər hansı bir dindar başqa bir ölkənin vətəndaşı kimi çıxış etsin.
Birincisi,İran İslam Respublikası islamın təmsilçisi ola bilməz. İkincisi, İran İslam Respublikasının öz vətəndaşları başda Xameneyi olmaqla aparılan iqtisadi-siyasi proseslərdən bərk narazı idi və nəticədə də küçələrə axışdılar. Üçüncüsü İran dövləti bu gün Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanın müttəfiqidir və İran rəsmiləri tez-tez Ermənistana səfərlər edirlər. Xameneyi isə Ermənistanla dostluq əlaqələrinin mövcudluğunu 35 milyonluq azərbaycanlılardan ehtiyat etmələri ilə bağlı olduğunu əsaslandırmışdır. Bu gün İranda 35 milyonluq azərbaycanlı ana dilində təhsil almaqdan məhrumdurlar. Quranı əlində bir vasitəyə çevirən İran mollaları bu mənada İslam dininin təmsilçisi qismində çıxış edə bilməzlər. Hələ bu azmış kimi, bu gün İran Ermənistana iqtisadi yardımlar etməklə, təcavüzkarla bir cəbhədən çıxış etmiş olur. Dördüncüsü isə, bir qrup iranpərəst ölkəmizdə olan şiə əhalinin maraqlarını təmsil edə bilməzlər. Bizim dini kəsimə böyük hörmətimiz vardır. Allaha, Qurana, Peyğəmbərə bağlı insanlarıq. Amma bir kəsim iranpərəstlər ölkədə belə təbliğat aparırlar ki, guya İran islamın mərkəzidir.
Bu cür “aksiyalar”ın keçirilməsi həm də sübut edir ki, İran öz çirkin əməllərindən hələ də əl çəkməyib, din pərdəsi altında Azərbaycan Dövlətçiliyinə qarşı öz təcavüzkar siyasətini davam etdirir.
Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq biz bu cür “aksiyalar”ın keçirilməsini pisləyir və Azərbaycanın hüquq-mühafizə orqanlarına bu cür məsələlərdə daha ayıq olmalarını tövsiyə edirik. Onu da vurğulamağı özümüzə borc bilirik ki, bu aksiyanın torpaqları erməni işğalında olan Azərbaycanda keçirilməsi utancverici bir hadisə idi. Torpaqlarımızı işğal edən, Xocalı Soyqrımı kimi dəhşətli bir soyqrım törədən bir vəhşi millətə hər vasitə ilə dəstək verən Xameneyiyə "ağam", "rəhbərim", deyə müraciət edənlər, sabah-biri gün dövlətçiliyimizə qarşı istənilən addıma gedə bilərlər. Bu mənada bu “aksiya”nı soyuqqanlılıqla seyr edən hüquq-mühafizə orqanlarının fəaliyyəti də bizdə təəssüf hissi doğurur.
Ümid edirik ki, Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Mühafizə Orqanları bu barədə müəyyən bir ölçü götürəcəkdir”.
Bütöv Azərbaycan Ocaqları
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar