Xəbər lenti
Kişi sevgilisini 10 yaşlı uşaqla əlaqəyə məcbur etdi, həbs edildi
Günün iyrənc xəbəri Birləşmiş Krallıqdan gəlib.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, İngiltərənin Suonse şəhərində yaşayan cütlük 10 yaşlı uşağı intim münasibətə məcbur etdiyinə görə həbs edilib. 10 yaşlı oğlanı dövlət öz himayəsinə götürüb.
Məhkəmədən verilən məlumata görə, kişi 10 yaşlı oğlanı sevgilisi ilə intim münasibətdə olmağa və qadınla çılpaq şəkil çəkdirməyə məcbur edib. O, daha sonra həmin anda çəkilən video və şəkilləri saytlarda yayıb.
Kişinin qəribə seksual davranışlarından şübhələnən keçmiş sevgilisi bu barədə polisə xəbər verməsi ilə cinayətin üstü açılıb. Belə ki, polisə müraciət edən qadın kişinin pedofilliyə və insest əlaqəyə (yaxın qohumlarla cinsi əlaqə) meyilli olduğunu bildirib. Şikayətlə bağlı araşdırma aparan polis onun kompüterindən ögey oğlu da daxil olmaqla yüzlərlə uşaq pornosu tapıb.
Uşağın yaşı az olduğuna və kimliyi bilinməsin deyə həbs edilən cütlüyün adı açıqlanmır.
Kişi azyaşlını intim münasibətə məcbur etdiyinə, qadın isə 10 yaşlı oğlu ilə könüllü şəkildə cinsi əlaqəyə girdiyinə görə uzunmüddətli həbs olunublar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar