Xəbər lenti
Yeni müharibə başlayır?: HAZIRLIQLAR BİTİB

"Hər an hərakat başlaya bilər, doğulmadan boğmaq lazımdır"
Türkiyə prezidenti ABŞ-ı təhdid etdi. İstiPress-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın şimalında yaratmaq niyyətində olduğu "sərhəd təhlükəsizlik qüvvələri"ndən narahat olub. O, ABŞ-ın 30 minlik yeni ordu qurmaq niyyətinə sərt reaksiya verib. "Bizim vəzifəmiz bu terror ordusunu daha doğulmadan boğmaqdır".
Ankarada fabrik açılışını edən Ərdoğan Türk Silahlı Qüvvələrinin (TSK) hər an Afrin və Menbiçdə həkata başalaya biləcəyi barədə də siqnal da verib. "Amerika ölkəmizin sərhəddi boyunca yeni terror təşkilatı qurduğunu bəyan edir. Hazırlıqlarımız bitib. Hərakat hər an başlaya bilər".
Onun sözlərinə görə, bundan sonra növbə başqa bölgələrə də gələcək. "Bizim bütün müttəfiqlərimizə dediyimiz budur - terrorçuların uniformalarındakı işarətlərinizi söküb alın ki, onlarla birlikdə olanları da torpağa basdırmağa məcbur olmayaq".
Xatırladaq ki, ABŞ-ın liderliyində İŞİD-la mübarizə aparan beynəlxalq koalisiya qüvvələri ötən gün Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd qoruma qüvvəsi yaradacağını açıqlayıb. "Reuters" bu dəstənin bir hissəsinin Türkiyə ilə sərhəddə olacağını, onların isə yarısının Suriya Demokratik Güclərindən (SDG) ibarət olacağını açıqlayıb. SDG-nin əsasında isə kürd xalq qoruma birliyi (YPG) durur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar