Xəbər lenti 
					
 
		Qırğızıstan Respublikası prezidentinin xəstəliyi məlum olub
Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər var.
"Report" Qırğız KİV-ə isitnadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Almaz Usenov sosial şəbəkədəki səhifəsində yazıb.
O qeyd edib ki, A.Atambayev hazırda Moskvada Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinikasında müalicə olunur: "Həkimlər müayinə etdikdən sonra onun ürəyindəki xəstəliyi müalicə ediblər. Hazırda ürək ritmində pozulma halı tamam aradan qaldırılıb".
Mətbuat katibi bildirib ki, Qırğız Respublikasının prezidenti 2008-ci ildə zəhərləndirildikdən sonra həzm sistemindən Türkiyədə cərrahiyyə əməliyyatı olunub: "Almazbek Atambayev həzm sisteminin proflilaktikası məqsədi ilə endoskopik arqon-plazma ablyasiyası edilib. Həkimlər onun səhhətində əhəmiyətli dərəcədə irəliləyişin olduğunu bildiriblər".
A.Usenov deyib ki, ölkə prezidenti bu həftənin sonunda xəstəxanadan evə buraxıla bilər.
Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsinin davam etdirmək üçün o, Moskvaya gedib.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















