Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda özünü öldürən müğənninin SON SÖZLƏRİ ÜZƏ ÇIXDI-Məni İmamzadədə...

Tarix: 10-01-2018 12:06     Baxış: 3340 A- / A+
Bakı metrosunda  özünü öldürən müğənninin SON SÖZLƏRİ ÜZƏ ÇIXDI-Məni İmamzadədə...


Bakıda Metrosunun “Ulduz” stansiyasında intihar edən gənc müğənni Rəşad Mustafazadənin ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Manevr.az xəbər verir ki, mərhumun iş yoldaşı və ailə yaxınının publika.az-a verdiyi məlumata görə, Rəşad Mustafazadənin ciddi psixi problemləri olub:

“Biz onunla və ailəsi ilə çox yaxın idik. Ailədə dörd uşaq olublar - iki qardaş, iki bacı. Biz üç dost birlikdə "Glamour Center MMC"-də çalışırdıq. Ayın 7-si tur təşkil etmişdik. Birlikdə deyə-gülə getdik, gəldik. Yəni onun əhvalında heç bir ciddi dəyişiklik hiss etməmişdik. Elə olsa, heç onu tək qoymazdıq. Rəşad həyat dolu insan idi. İnanırsız, o, yaşının az olmasına baxmayaraq, hər bayramda imkansız ailələrə yardım edirdi. Onun nə qədər diplomları, medalları var. Çox savadlı oğlan idi. "Glamour Center MMC" adlı kiçik turizm şirkəti quranda ortaqları ilə müəyyən maliyyə problemi yaşamışdı. Bütün bunlara baxmayaraq, o gördüyü işdən məmnun idi. Heç kimin ağlına belə gəlməyib ki, o belə bir addım ata bilər. Bu hadisədən sonra, bizə dedilər ki, bəs onun ciddi psixi problemləri olub. Bir müddət xəstəxanada yatıb. Lakin sonra müalicədən imtina edib. Ailəsi də bu vəziyyətin belə dərinləşəcəyini təxmin etmədiyi üçün çox üstünə düşməyib”.

O bildirib ki, Rəşad ailəsi ilə birlikdə Yeni Gəncə qəsəbəsində yaşayıb. Saat 12-13 radələrində evdən çıxıb və sonra da bu hadisənin baş verdiyini eşidiblər:

“O, evdən çıxanda elə bir geyimdə olub ki, yəni heç kimin ağlına gəlməzdi ki, Rəşad belə bir geyimdə Bakıya gedər. Üstündə nə pul kisəsi, nə də çanta olub. Bir pencəklə soyuqda evdən çıxıb. Bakıda ölümündən yarım saat qabaq, bir oğlanla görüşüb. O oğlanı da biz araşdırdıq ki, görək Rəşad belə bir addımı atacaq halda olubsa, niyə o insan onu tək buraxıb. Biz hələ də inanmırdıq ki, bəlkə başqasıdı, Rəşad deyil. Sonra həmin gün mənə “Məni İmamzadədə, bababımın yanında dəfn edərsiz” deyə ismarış atıb və xətdən çıxıb. Mən ona nə qədər zəng vurdum, sosial hesablarına yazdım, cavab gəlmədi. Onun babası əslində, Təbrizdə dəfn olunub. Rəşadın cəsədinin hansı vəziyyətdə olduğunu da yəqin bilirsiz. Rəşadı bu gün Gəncədə torpağa tapşıracaqlar. Biz də ora gedirik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar