Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu fakt yekun hesabata daxil ediləcək" - AŞPA-nın missiya rəhbəri

Tarix: 27-09-2016 19:18     Baxış: 4535 A- / A+
"Bu fakt yekun hesabata daxil ediləcək"

"Referendum öncəsi kampaniya zamanı saxlanılan fəalların hamısının azadlığa buraxılması faktı AŞPA missiyasının yekun hesabatına daxil ediləcək".

Bunu APA-ya açıqlamasında AŞPA-nın Azərbaycandakı referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski deyib.
O bildirib ki, daha əvvəl Azərbaycan Ədliyyə Nazirliyinə referendum öncəsi kampaniya zamanı nə qədər fəalın həbs olunması və neçəsinin azad edilməsi ilə bağlı AŞPA nümayəndə heyətinə dəqiq məlumat verilməsi üçün sorğu göndərib: "Çünki müxtəlif informasiyalar var idi. Ədliyyə Nazirliyinin kampaniya zamanı fəalların həbsi və daha sonra onların hamısının azadlığa buraxılması ilə bağlı məlumatı biz bəyanatımızı elan etdikdən sonra təqdim edildi. Biz bu yubanma üçün təəssüf edirik. Ədliyyə Nazirliyinin rəsmi məlumatında göstərilir ki, fəalların hamısı azadlığa buraxılıb. Biz bu qərarı alqışlayırıq və qeyd edirik ki, bu, çox müsbət irəliləyişdir. Bu fakt AŞPAmissiyasının yekun hesabatına daxil ediləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar