Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış cütlük Azərbaycan xalqını aldadıb? - Sensasion məlumatlar

Tarix: 08-08-2016 18:20     Baxış: 3600 A- / A+
Tanınmış cütlük Azərbaycan xalqını aldadıb? -


Gənc müğənnilər Lalə və Nurkan cütlüyü barədə 1xəbər.com saytında ilginc məqalə dərc edilib. Sayt iddia edir ki, araşdırma nəticəsində məlum olub ki, Nurkan - Lalə cütlüyü ailə qurandan bəri Azərbaycan xalqını və tamaşaçıları öz uydurduqları yalana inandırmağı bacarıblar.

1Xəbər.com-un verdiyi məlumatda qeyd olunur ki, müsahibələrində özünü Türkiyə vətəndaşı kimi təqdim edən Nurkan bəlkə də ömründə Türkiyəyə səfər etməyib.


Yazını olduğu kimi təqdim edirik:

Nurkan Mustafa oğlu əslində ötən əsrin 80-ci illərində Özbəkistandan Azərbaycana köç etmiş Ahıska türkü ailəsində doğulub. Ailə Xaçmaz şəhərində, Ramin Sadıqov küçəsində yaşayır. Nurkanı tanıyanlar bilir ki, o, Xaçmazın "Dəmir yolunun altı" kimi tanınan ərazidə yerləşən 45 saylı orta məktəbdə təhsil alıb.

Anası Asya xanım rayonun Mirzəmməd kəndində mamaça-ginekoloqdur. Atası Mustafa barədə hələlik ətraflı məlumat əldə edə bilməmişik.

Qonşuların sözlərinə görə, Nurkan və Lalə cütlüyü mütəmadi olaraq ata evinə qonaq gəlirlər.

Xaçmazda doğulub, böyüyən Nurkan Mustafa oğlunun özünü Türkiyə vətəndaşı kimi qələmə verdiyi müsahibələrin birini ixtisarla sizə təqdim edirik:

"Mən Nurkan Mustafa oğlu aprel ayının 17-i 1984-cü ildə Türkiyədə doğulmuşam. Konservatoriya bitirməmişəm, amma bu sənət məndə Allah vergisidir, deyə bilərəm. Bir çox məşhurlarla çalışmaq imkanım olub. Bunlardan Cem Özkan, rok ifaçısı Lal ilə işbirliyimizi qeyd edə bilərəm. Azərbaycana ilk dəfə 2004-cü ildə gəlmişəm. Rafet El Roman ilə eyni səhnədə konsertimiz var idi. Həmin konsertdə mən Laləni qrupda gördüm. Sonra Türkiyəyə getdim. Aradan 5-6 il keçməsinə baxmayaraq Lalə həmişə ağlımda idi. Yenidən Bakıya geri döndüm. Laləni axtarıb tapdım.

Mənim ailəm qətiyyən olmaz dedi. Bu günə kimi hələ də ailəmizdən bizim evliliyimizi qəbul etməyənlər var. Mən Trabzonluyam. Orada ayrı ölkənin vətəndaşı ilə nikaha girmək birmənalı qarşılanmır. Düzdür, biz həmişə söyləyirik ki, iki dövlət, bir millətik. Amma bununla belə, bizim nəsildə yeganə insan mən oldum ki, ayrı millətin nümayəndəsi ilə ailə həyatı qurdum. Nə isə, valideynlərimi bir təhər razı saldım. Onlar Laləni valideynlərindən istəməyə gəldilər. Nəhayət, Bakıda toy etdik".


Nurkan Mustafa oğlunun özünü Türkiyə vətəndaşı kimi qələmə verməkdə məqsədi nədir?. Azərbaycanın havasını udub, çörəyi ilə böyüyüb ondan imtina etmək nankorluq deyilmi? Bilmək istəyərdik, Azərbaycan vətənmdaşı olduğunu etiraf etmək bu qədərmi utancvericidir?

Qarşı tərəfin açıqlamasını gözləyirik. Türkiyə vətəndaşı olduğunu sübut edən pasportunun fotosunu yayımlamağa hazırıq!

Tanınmış cütlük Azərbaycan xalqını aldadıb? -

Tanınmış cütlük Azərbaycan xalqını aldadıb? -

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar