Xəbər lenti
Sumqayıtdakı 25 nömrəli marşrut xəttən "OĞURLANDI"

Manevr.az xəbər verir ki, Sumqayıtdakı 25 nömrəli marşrut üzrə işləyən avtobuslar xəttən çıxarılıb.
Bu barədə jurnalist Zümrüd Baloğlanova belə yazır:
"Bu gün Sumqayıtın ən böyük yaşayış massivi olan 9-cu mikrorayonda yeganə 25 sayli avtobus marşrutu ləğv olundu. Və beləliklə, Pensiya fonduna, sosial müdafiə mərkəzinə, poliklinikalara gediş-gəlişi olan qocaların, əlillərin, burada yerləşən neçə-neçə dövlət müəssisəsinin, məktəbin, uşaq bağçasının işçi personallarının hərəkət yüklülüyi ikiqat artırıldı və taleyin ümidinə, idarə rəhbərlərinin danlaq-dansağına buraxıldı . Allahin qisməti belə imiş... kasıb-kusub üçün."
Əlavə edək ki, sözügedən marşrut 26-cı məhəllədən dəmiryoluna kimi bir çox məhəllə və mikrorayon ərazisindən keçən xətt üzrə hərəkət edirdi.
Onu da qeyd edək ki, son aylar Sumqayıt şəhərində bəzi marşrutların gediş istiqaməti dəyişdirilib və qısaldılıb. Bu da haqlı olaraq şəhər sakinlərinin narazılığına səbəb olub.
Bu arada onu da vurğulayaq ki, Sumqayıt nəqliyyat departementinin rəsi işdən azad edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar