Xəbər lenti
Bu məntəqələrdə seçki nəticələri ləğv ediləcək - MSK sədri
“Beynəlxalq təşkilatların müşahidəçiləri referendumda seçici fəallığının yüksək olduğunu xüsusi vurğulayıblar”
Manevr.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb:
“Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Azərbaycan müşahidəçiləri geniş müşahidə missiyası həyata keçirib. 2 gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Onda sonra protokollara əsasən ilkin nəticələri səhifəyə yerləşdirəcəyik. Müraciətlərə baxacağıq, ən geci 25 gün ərzində prosesə yekun vuracaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.
M. Pənahov sosial şəbəkələrdə məntəqələrdə topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib:
“O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, o məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar".(qafqazinfo)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar