Xəbər lenti
24 saat dayanmadan konsert verdi -VİDEO

Gözəl havada 24 saat dayanmadan konsert verdi. Rusiyalı məşhur pianoçu Pyotr Andreyev karyerasının ən çətin və mənalı konsertlərindən birini gerçəkləşdirib. Sankt Peterburqun məşhur Vasilevski adasında tamaşaçılar qarşısına çıxan musiqiçi bir-birindən gözəl əsərlərlə sakinlərin zövqünü oxşayıb.
Konsertə “Böyük şəhərin Himni” adlı musiqi ilə başlayan Andreyev 1 sutka ərzində dayanmadan caz kompozisiyaları və klassik əsərlər səsləndirib. Xeyriyyə məqsədi ilə keçirilən konsertə sakinlər gün ərzində böyük maraq göstəriblər.
Rusiyalı virtuoz gün ərzində bir dəfə ifa etdiyi əsəri ikinci dəfə təkrarlamayıb. Hər əsərin arasında cəmi 30 saniyəlik fasilə verilib. Dayanmadan 24 saat konsert verəcəyini vəd edən Andreyevə təbii ehtiyaclarını qarşılamaq üçün hər 5 saatdan bir 10 dəqiqə vaxt verilib.
Tələblər çətin olsa da, Pyotr Andreyev tapşırığın öhdəsindən əzmlə gəlib. Məşhur pianoçunun 24 saatlıq fasiləsiz konsertindən gələn gəlirlər uşaq evləri və maddi durumu ağır olan ailələrə sərf olunacaq.atv.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar