Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

HƏCC ZİYARƏTİNİN QİYMƏTİ ARTACAQ - Sənəd qəbulu erkən başlayır

Tarix: 28-12-2017 15:47     Baxış: 4374 A- / A+
HƏCC ZİYARƏTİNİN QİYMƏTİ ARTACAQ - Sənəd qəbulu erkən başlayır


Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) apa-ya verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb.

Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq.

Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.

Qeyd edək ki, bundan əvvəl QMİ-nin Həcc ziyarəti ilə bağlı nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına səfər edəndən sonra hazırlıq işlərinə start verilir, fevraldan isə ziyarət üçün sənəd qəbuluna başlanırdı.

Bu il Azərbaycandan indiyə qədər ən az sayda - 900 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollar olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar