Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ -FOTOLAR

Tarix: 28-12-2017 10:46     Baxış: 2583 A- / A+
Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ

Manevr.az xəbər verir ki, AYB-nin "Natəvan" klubunda görkəmli şair-publisist Məmməd Aslanın yeni çapdan çıxan "SÖZÜN ÖZÜ" adlı kitabının təqdimat mərasimi və xatirə gecəsi keçirilib. "Azərnəşr"in baş redaktoru, publisist Əlövsət Ağalarov qonaqları salamaladıqdan sonra, mərhum şairimiz Ənvər Rzanın öz səsində Məmməd Aslana yazdığı şerinin lent yazısını təqdim etdi. Sonra natiq sözü Xalq şairi Sabir Rüstəmxanlıya verdi. O, M. Aslanla bağlı xatirələrini danışdı, yaradıcılığından geniş bəhs etdi.
Professor Şahlar Əsgərov, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, jurnalistlər Flora Xəlilzadə, Qulu Məhərrəmli, kəlbəcərli ziyalı Vəliyyəddin İsmayilov və başqaları şairi ehtiramla anaraq onun haqqında ürək sözlərini söylədilər. Şairlərdən Adil Cəmil, Oqtay Rza, Ramiz Qusarçaylı, Namiq Dəlidağlı, Məlahət Yusifqızı, Fərqanə Mehdiyeva M.Aslanın yaradıcılığından söz açdılar, kövrək xatirələrini dilə gətirdilər və ona həsr etdikləri şeirlərini oxudular. Ədalət Dəlidağlı və Təbrizdən təşrif buyuran aşıqlar şairin şeirlərini saz üstə kökləyərək ifa etdilər. M.Aslanın ailə üzvlərinin də qatıldığı tədbirdə, şairin yeni çapdan çıxan kitabı oxuculara hədiyyə verildi.

Sevinc QƏRİB
Manevr.az

Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ

Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ
Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ
Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ

[center]Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ
Məmməd Aslanın yeni nəşr olunan KİTABI OXUCULARA TƏQDİM EDİLDİ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar