Xəbər lenti
Ölmək üçün Azərbaycana qayıdan QADIN SƏRHƏDDƏ KEÇİNDİ
Özündə Vətən sevgisi yaşadan sadə bir Azərbaycan vətəndaşının hekayəti.
Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı... Bu məşhur misralar elə bil Qubanın Nərimanovka kənd sakini, 78 yaşlı Nina Aleksandrovna Məmmədovanın ölümü üçün deyilib.
Manevr.az-ın məlumatına görə, dekabrın 2-də Dağıstanın Dərbənd şəhərində yaşayan oğlu Elmarın evinə gedən qadın öz ölümünü əvvəldən hiss edib. İflic, insult xəstəliyindən əziyyət çəkən Nina Məmmədova burada beş-on gün qaldıqdan sonra darıxmağa başlayıb. Oğluna deyib ki, "mən öləcəyəm, apar məni Qubaya, qoy orda ölüm".
Anasının sözünə inanmayan oğlu onu evində yenə saxlamaq istəyib, onun çox təkid etdiyini görüb, atası Cəfərquluya zəng edib deyib ki, "anam deyir, mən öləcəyəm, burda ölmək istəmirəm, yola salımmı Azərbaycana"?
Qadının Qubada olan həyat yoldaşı oğluna dərhal onu kəndə gətirməsini tapşırır. Və dekabrın 26-sı səhər saat 5 radələrində - Nina və oğlu, Rusiya vətəndaşı Elmar Məmmədovlar Dağıstandan Qusarın Azərbaycan - Rusiya sərhədində yerləşən Samur sərhəd-keçid məntəqəsinə daxil olan kimi 78 yaşlı qadının halı qəfil pisləşib və Nina Məmmədova sərhədin Azərbaycan ərazisində keçinib.
Çox təsirli və özündə Vətən sevgisini yaşadan sadə bir Azərbaycan vətəndaşının hekayətidir bu. Qəriblikdə ölməmək üçün yola çıxan 78 yaşlı Nina Məmmədova Vətəndə ölmək arzusuna çatdı.
Hadisə yerində Qusar prokurorluq və polis əməkdaşları işləyib, hadisə yeri və meyit müayinə olunub. Qusar rayon prokurorluğunda araşdırma başlanılıb.(istipress)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar