Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya atom bombasından sonra ikinci ƏN DƏHŞƏTLİ SİLAHI SINAQDAN KEÇİRDİ-VİDEO

Tarix: 26-12-2017 20:15     Baxış: 31 214 A- / A+
Rusiya atom bombasından sonra ikinci ƏN DƏHŞƏTLİ SİLAHI SINAQDAN KEÇİRDİ-VİDEO


Bu il Suriyada Rusiya hərbi sənayesinin istehsalı olan “Tornado-S” reaktiv yaylım atəşi sistemi ilk dəfə real döyüş şəraitində tətbiq olunub. Virtualaz.org xəbər verir ki, bunu həmin sistemlərin raketlərini istehsal edən “SPLAV” elm-istehsalat birliyinin rəhbəri Vladimir Lepin açıqlayıb.


Lepin bildirib ki, yeni nəsil zenit-raket sisteminin dövlət sınaqları uğurla tamamlanıb. “Sistem nəinki bizdə, eləcə də bütün dünyada reaktiv yaylım atəşi sistemlərinin inkişafına yeni vektor verib”-Lepin deyib.

“SPLAV” elm-istehsalat birliyinin rəsmi saytında göstərilir ki, “Tornado-S” onun bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur.
Rusiya atom bombasından sonra ikinci ƏN DƏHŞƏTLİ SİLAHI SINAQDAN KEÇİRDİ-VİDEO

Lepinin bildirdiyinə görə, “Tornado-S” tamamilə avtonom sistemdir və kabinəni tərk etmədən heyətin işini təmin edir. Döyüş meydanında maşın bir dəqiqədən də az qalır, bu müddət ərzində “Tornado-S” 12 raketi yaylım atəşi ilə hədəfə “göndərir” və cavab zərbələrinə tuş gəlməmək üçün mövqeyini tərk edir.

“Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70-90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir.

“Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına bu ilin avqust ayında yola salınıb. Ehtimal edilir ki, Rusiya Müdafiə Nazirliyi yeni silahı dərhal Suriya hərbi əməliyyatlar teatrında sınamaq qərarına gəlib. Bu ilin aprelində Rusiya müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Suriya hərbi əməliyyatlarında Rusiya tərəfindən 162 yeni və modernləşdirilmiş silah növü sınaqdan keçirilib. Onlardan 9-u təyin edilmiş xarakteristikaya uyğun gəlməyib və operatorların özlərinə təhlükə yaradıb.

Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. Qeyd edək ki, Azərbaycan ordusu reaktiv yaylım atəşi sistemlərinin geniş çeşidinə, o cümlədən”Smerç”lərə malikdir. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar