Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Ehsan verəcəyəm torpaqlara..." - Təbrizli şair

Tarix: 26-09-2016 14:31     Baxış: 4573 A- / A+
"Ehsan verəcəyəm torpaqlara..."



Manevr.az təbrizli şair ÜMİD NƏCCARİnin şeirlərini təqdim edir:


***


Elə burdan başlamalıyıq
Vətəndən qurbətə çəkilən dodaqlarımızdan
Öpüşmədiyimiz küçələrdən
Dırnaqlarına qırmızı lak sürtmədiyindən
Eləcə burdan
Hansı mahnını sevirsən bu səsimlə mızıldayım?
Hansı şeiri sevirsən sənə yazım?
Başının üstünə çatdığımda, Nələr söyləyimki xoşlayasan?
Ax nələri qışqırımki, Allah əl çəksin bizi ayırmaqdan?
Əl çəksin yolumuza daş dığırlatmaqdan
Görüşünə gələndə qoy gözlüyümüdı çıxarım aramızda bir şey görsənməsin
Qoy bütün binaları
Bütün parkları
Küçələri yıxım
Burdan rahat görünsün o tay
Qoy bütün şəhərləri hamarlayım
Rahat gedib gələsən!
Deyirsən bir saatca Tanrı olum!!!
Sən arzularını söylə mən yapdırım
Deyirsən bir saniyəlik gözün olum
Həzin həzin damcılanım...
Axşam qapı ağzındadır, Sadecə tezol
Elə burdan başlamalıyıq
Elə durduğun yerdən
Elə gözlərindən
Yardım et bir sözcüyüm azdır
Tut əlimdən kağızlar qurtulur bu şəhərdə
Yanımda qələmim yox!
Rojunu ver duvarınıza yazım ürəyimdə qalmış yasaqları
Otağını ver birazca səni axtarım
Elə birazca
Elə birazca burdan başlamalıyıq
Səndəki yaşam nişanələrindən
Məndəki ölüm bəhanələrimdən
Sən atandan gileylən
Mən ceblərimdən
Hər ikisidə şəkillərimizə silah çəkəndirlər
Hər ikisidə, Biz ikimizə qara köynəyi hədiyə verən
Elə burdan başlamalıyıq
Pasportanı sandıqçadan oğurla
Bir gecə içində quş olaq
Gəl kitablar ölkəsinə bilet alaq!
Elə burdan başlamalıyıq
Elə gözlərindən


***


Səndən uzaq...
Gözlərinin Orucunu tutmaq
Səndən uzaq...
Əllərini daşdan yonub, Üstünə alın qoymaq
Şəklinin Kəəbəsinə, Yetdi dəfə dolanmaq
Sən gedən yola üz tutub, Sevgi Rək'əti qılmaq
Adını bir-bir, Təsbih dənələrində çevirmək
Heey Sevgi Peygəmbərim!
Göz yaşlarımla, Dəst'əmaz almaqdır səndən uzaq peşəm
Heey Mö'cüzə gözlüm!
Hansı Qiblədə Tarıyla danışırsan?
Hansı dərgahda ümidlərinə Abid olubsan?
Kimdir o Mələk ki qılığına girmisən?
Tapıl Gəl
Və tapdalanan ruhuma, Təp-təzə Məsih nəfəsini pülə
Səndən uzaq elə olmazsa
Bu canımı
Ehsan verəcəyəm torpaqlara...


***


Ala gözlərini, Dumanların dalısında
Görünməyən dağlarda gizlədəcəyəm
Əllərini bir buludun içində
Dənizə batmış Gəminin otaqına buraxacağam dodaqlarını
Sənə kimsənin əli çatmasın deyə
Baxmasın kimsə
Dilinə gətirməsin səni birisi
Kimliyini yandıracağam hamıdan gizlin
Hamıdan xəbərsiz adını kağıza yazıb çaylara...
Saçlarını yellərə...
İtirəcəyəm baş sancağını duvarlarda kərpiçlər arasında
Ayaq izlərini bu küçələrdən yığacağam
Son günüm üçün
Ac qalmayam deyə
Xatirəni çörək çörək məzarıma quylayacağam


***


Ağlayırsan!
"Yaponya"da Sunami səsimi boğur
Üzülürsən
"Filipinler"de Deprem əzir ruhumu
Və Əsəblənirsən!
"Suriya"da Bombalar, Partlatır ürəyimi
Sonrada Küsürsen!
"Türkiye"də dövlət əleyhinə aksia olur
Zəng etmirsəm...
Qarabaqda varlığım, darıxır
G..e..d..i..r..ə..m Deyirsen
Gedirsən...
Çində duvarlar boylanır
Başqasıyla evlənirsən
Təbrizdə Bir uşaq xiyavanda səsləyir
Qəzet... Qəzet...
Bugünkü xəbər
Sevgi Dünyasınl dəyişdi.....!!!!!


***


Şair kağızları qaralayır
Aclıqdan, Qaranlıqdan yazır...
Yönətmən aktiyorlara rol verir
Birisinə "Janval Jan"
Birisinə "Kozet"
Rəssam yoxsulluğu fıçasında yaxır
Diktator sülhdən-Barışdan danışır
İnsan Haqqlar İdarəsi. İnsanlıqdan...
Ama
Ama yenə o uşaq ayaq yalın gəzir Təbrizdə
Yenə o qız dörd yolda çiçək satır
Yenə.........



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar