Xəbər lenti
FHNnin yaranmasının 12-ci ildönümü münasibətilə tədbir keçirilib -SUMQAYITDA/FOTOLAR
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12-ci ildönümü münasibətilə FHN Sumqayıt Regional Mərkəzində tədbir keçirilmişdir.
Manevr.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
Tədbir ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlamışdır. Sonra tədbir Mərkəzin akt zalında davam edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Əməkdaşlar 1 dəqiqəlik sükutla ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən natiqlər tərəfindən Fövqəladə Hallar Nazirliyinin yaradılma zərurəti, bugünədək keçdiyi yol, qısa zaman ərzində qazandığı nailiyyətlər barədə məlumat verilmiş və FHN-nin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərildiyi qeyd olunmuşdur.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı və xidmətində səmərəli fəaliyyətə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş əməkdaşlara Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının I müavini Faiq Kərimov tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.
Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilmişdir.
FHN Sumqayıt Regional Mərkəzin
İctimaiyyətlə əlaqə və təbliğat sektoru





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar