Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Bu il mənim bəxtimə bir-neçə böyük KƏŞFLƏR DÜŞÜB"- Rəhman ORXAN

Tarix: 18-12-2017 23:27     Baxış: 2789 A- / A+
Var olun, düşündürücü, duyğulu poeziyanızla, XATİRƏ xanım FƏRƏCLİ!

"Bu il mənim bəxtimə bir-neçə böyük KƏŞFLƏR DÜŞÜB"- Rəhman ORXAN


Bu il mənim bəxtimə bir-neçə böyük "kəşf"lər düşüb - özüm üçün əvvəllər az tanıdığım və heç tanımadığım gənc, istedadlı şairləri, şairələri "kəşf" etmişəm. Bunlar Adilə Nəzər, Xatirə Fərəcli, Sevinc Qərib, Nisə Qədirova, Sabir Yusifoğlu, Təranə Musayeva, Namiq Dəlidağlı və hələ çox gənc, lakin böyük ümidlər vəd edən Elvin Əlizadədir.
Onların hər yeni, orijinal fikirlər, hiss və duyğularla çulğalaşan şeirlərini oxuduqca bir mənəvi rahatlıq, komfort duyuram - bəzən məni lap dərdin, kədərin yeddiqat dərinliklərinə endirsələr də belə... O dərin qatların da öz dərin mənaları, adama dünyanı daha dərindən dərk etdirən müdrik fəlsəfəsi olur!
Bir qədər əvvəl Xatirə xanım Fərəclinin Sənət.az saytında dərc edilmiş şeirlərini oxudum. Hamısı haqqında danışmaq istəmirəm (hər biri mükəmməldir, diqqətəlayiqdir). Ancaq dünyadan vaxtsız getmiş ömür-gün yoldaşına həsr etdiyi şeirlərin "yanından" sakit, səssiz ötüb-keçə bilmədim. Onu duymaq çətin deyil ki, bu istedadlı və təvazökar şairə mərhum həyat yoldaşına həsr etdiyi həmin şeirləri göz yaşları burulğanında, o "burulğandan" çox çətinliklə, bəlkə də heç ürəkdən istəmədən çıxaraq yazıb. O "burulğan"ın cazibəsinə düşməmək, onun təsirindən qurtarmaq olmur - kövrəlmədən, yanmadan, acımadan!..
Hörmətli Xatirə xanım, var olun unutqan olmayan sevginizlə, ömrünüzün hər günü ilə yaşatdığınız müqəddəs kədərinizlə, Sizi heç zaman ovuda bilməyən XATİRƏ-lərinizlə.
Sağ olun ki, məni də çox duyğulandırdınız, mənim də dərdimi-kədərimi məcrasından çıxarıb, aşıb-daşdırdınız... Bunlar olmasa, insan insan deyil ki... Ancaq kaş ayrılıq olmayaydı, ölümlə birgə, qoşa gələn ayrılıq...
Dostlar, icazənizlə Xatirə xanımın əsl sevginin təsiri ilə yaratdığı məhəbbət elegiyasını Sizlərə də təqdim edim:

Xatirə FƏRƏCLİ

(həyatdan vaxtsız getmiş ömür-gün yoldaşıma)

I

Üşüdüm
daş olub baxdığın yerdə,
Odlu gözlərinə həsrətdir gözüm,
Burnumun ucunda bir göynək payın,
Dilimin ucunda söhbətin, sözün.

Sənli xatirələr şirinliyində
Həsrətin boy verib göynədi, dindi.
O sənli günləri, xoşbəxt günləri
Nə soyuq yaşadım... yanıram indi.

II

Bu gecə namərdmiş, gör necə namərd -
Bu gecə ruhumuz görüşər dedim.
Gündüzlər günəşdən pay alammadım,
Bu gecə bəxtimə gün düşər dedim.

Yükləndi ruhuma, yüklənib durdu
Bu gecə bir ömür ağırlığında,
Zülməti əyninə biçib geyindi,
İtdim bu gecənin sağırlığında.

Gəzərsən,
göylərdə gözlə, gəz məni.
Qalsam, yerim yoxdur bu Yerdə daha,
Qalda, qovğadadır ruhumla cismim,
Mənimki, mənimki qalıb Allaha...

III

İnsanlar dəyişir,
şəkillər saralır,
xatirələr qalır öz rəngində,
qalır olduğu kimi -
təptəzə, dupduru.
Bağrıma basıb, əzizləyirəm xatirələrini,
sevincimi
bölüşmək istəyirəm səninlə -
hər halıyla səni xatırladan övladlarının
bəxş etdiyi sevincı.
Sevinirəm, kədərlənirəm sənsiz.
Evimi, ürəyimi talan edib gedənim,
yaşayıram,
qocalıram sənsiz..

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar