Xəbər lenti
Elxan Cəlilov Tehranda keçirilən Beynəlxalq Aşıq Festivalında ölkəmizi təmsil edib -FOTOLAR
Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov Tehranda keçirilən “Beynəlxalq Aşıq Festivalı” nda ölkəmizi təmsil edib.
Belə ki, İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Aşıq Qərib adına “Beynəlxalq Aşıq Festivalı” keçirilib. İran, Türkiyə, Gürcüstan saz ustadlarının dəvət aldıqları festivalda Azərbaycanı Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib.
Festival çərçivəsində, dəvət almış aşıqların fərdi ifalarından sonra, bütün iştirakçıların birgə ifası ilə festivala yekun vurulub.
Yüksək səviyyədə təşkil olunmuş festivalın bağlanış mərasimində çıxış edən İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi festivalın keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib.
Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti





Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar