Xəbər lenti
Müsavat Partiyasında nə baş verir? -İSTEFA VAR

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqan müavini Elman Fəttahın istefasına münasibət bildirib.
G. Aslanlı apa-ya açıqlamasında Müsavat Partiyasında fikir ayrılığının normal olduğunu deyib: "Burda fikir ayrılığı ola bilər, çünki demokratik partiyadır. Partiyada qərarlar müzakirə yolu ilə qəbul edilir. Ancaq bununla yanaşı, demək olmaz ki, partiyanın idarə edilməsində istefaya səbəb ola biləcək ciddi fikir ayrılığı var".
G. Aslanlı qeyd edib ki, E. Fəttah istefa ərizəsini təqdim etmədiyindən onun istefa verməsinin səbəbləri barədə məlumatsızdır.
Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarə edilməsində yaranan fikir ayrılığı ilə əsaslandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar