Xəbər lenti
Müharibə ELANI - Ordu hərəkətə GƏTİRİLDİ
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması Yaxın Şərqdə vəziyyəti gərginləşdirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fələstinin HƏMAS təşkilatının lideri İsmail Haniye ərəbləri yeni intifadaya (intifada fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adıdır –red.) çağırıb.
AFP xəbər agentliyi isə İsrail ordusunun İordan çayının qərb sahilinə qoşun bölmələri göndərdiyini bildirib.
“Hərbi vəziyyət nəzərə alınaraq, İordan çayının qərb sahilinə çoxlu sayda batalyon, həmçinin kəşfiyyat və müdafiə bölmələrinin göndərilməsi barədə qərar verilib”, - İsrail ordusunun açıqlamasında deyilir.
Qeyd edək ki, ilk intifada 1987-ci ildə başlanıb. Birinci İntifada Jabalia qaçqın düşərgəsində başlanıb və qısa müddətdə Qəzza, Qərb Şeria və Şərqi Qüdsün hər yerinə yayılıb. İsrail ordusuna aid bir maşının 4 fələstinlini öldürməsi müqaviməti daha da güclənib. Bu intifada zamanı 1087 fələstinli, 160 israilli həlak olub, həmçinin İsrailin 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaralanıb. 822 nəfər fələstinli isə İsraillə əməkdaşlıq etməkdə ittiham edilərək qətlə yetirilib.
1991-ci ildə zəifləyən müqavimət, 1993-cü il avqust ayında Norveçdə Fələstin muxtariyyətinin qəbul etdiyi Oslo razılaşmasının imzalanması ilə sona çatdı.
Fələstinlilər tərəfindən “Əl-Əqsa-İntifadası” adlandırılan ikinci intifada 2000-ci il iyun ayında başladılıb. Qısa zaman içində Fələstin ərazisinin sərhədlərini aşan və İsrailə qədər yayılan ikinci intifada 2005-ci il fevral ayında, Misirin Şarm Əl-Şeyx şəhərində Mahmud Abbas və Ariel Şaron arasındakı atəşkəs razılaşması ilə sona çatıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar