Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara TƏQDİM OLUNUB -FOTO

Tarix: 30-11-2017 14:37     Baxış: 2470 A- / A+
“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara TƏQDİM OLUNUB


Sumqayıt şəhər "Poeziya Evi"ndə yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib.

Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
Manevr.az xəbər verir ki, tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Əli Kərim adına Poeziya klubunun və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Poeziya Evinin direktoru şair İbrahim İlyaslı roman və onun müəllifi barədə ətraflı məlumat verib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Arif Vəliyev bu cür tədbirlərin keçirilməsini Sumqayıtda ədəbiyyata və yazıçıya sayğının nümunəsi kimi dəyərləndirib.
Əməkdar müəllim və şairə Ofeliya Babayeva öz çıxışında qeyd edib ki, roman Qarabağ dərdimizi anlatdığına görə çox qiymətlidir və aparıcı xarici dillərə tərcümə edilməlidir.
Şair-publisist Əli Nəcəfxanlı, yazıçı-tərcüməçi Əyyub Qiyas, Almaz Bəyazid də roman və onun müəllifi barədə öz mülahizələrini bildiriblər.
Sonda Elçin Hüseynbəyli oxucular üçün öz kitabını imzalayıb və onlarla xatirə şəkli çəkdirib.

“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara TƏQDİM OLUNUB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar