Xəbər lenti
Ədalət İzzətoğlunun şeirlər kitabının imza günü keçirilib -FOTOLAR
Sumqayıt “Poziya Evi”ində Ədalət İzzətoğlunun “İçimizdə yurd adlı yaramız var” adlı ilk şeirlər kitabının “İmza günü” keçirilib.
Manevr.az xəbər verir ki, müəllifin həmkarlarının, yaxın dostlarının iştirak etdiyi tədbiri giriş sözü ilə “Poziya Evi”nin direktoru, şair İbrahim İlyaslı açıb, qonaqları salamladıqdan sonra sözü tədbiri aparmaq üçün şair Namiq Dəlidağlıya verib. O Ədalət İzzətoğlunun (Qafarov) keçdiyi həyat yolundan geniş bəhs edib.
Qeyd edib ki, Ədalət İzzət oğlu Qafarov 1966-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. 1973-1983-cü illərdə doğulduğu kənddə orta məktəbdə təhsil alıb. Sonra Sumqayıt şəhər 44 nömrəli Texniki Peşə Məktəbinə daxil olub, 1984-1986-cı illərdə isə hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə Sumqayıt şəhərində fəhlə kimi başlayıb. İşləyə-işləyə 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1997-ci ildə universiteti bitirib.
1994-cü ildə Sumqayıt şəhər Xalq Məhkəməsində dəftərxana işində çalışmağa başlayıb. 1998-ci ildə isə Məhkəmə iclas katibi (hakim köməkçisi) vəzifəsində işləyib. 2000-ci ildə öz xahişinə əsasən həmin vəzifədən azad olunub. 10 dekabr 2000-ci ildən 14 noyabr 2007-ci ilədək Müstəqil Hüquq Məsləhətxanasında hüquq fəaliyyəti göstərib.
2007-ci ildən özünün təsis etdiyi “İzzət” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışır. Ailəlidir, 3 övlad atasıdır.
“İçimizdə yurd adlı yaramız var” şeirlər kitabı müəllifin oxucularla ilk görüşüdür.
Namiq Dəlidağlı onu da vurğulayıb ki, müəllifin şeirlərində yurd-yuva həsrəti, bu ağrıdan doğan nisgil, acı daha qabarıq şəkildə özünü göstərir. Bu da təbii haldı. Çünki Ədalət İzzətoğlunu doğulub boya-başa çatdığı ana yurdu, Cəbrayılı hazırda yağı əlində yağmalanır.
Yazıçı Almaz Bəyazid, şairlərdən Xatirə Fərəcli, Rafiq Oday, Kəramət Əmirli, Nisə Qədirova, Sevinc Qərib, Vüsal Ağayev, Xürrəm Qafanlı, Polad Sabirli, Rəfail Laçınlı, jurnalist Namiq Məmmədli onun yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyiblər.
Ziyalılardan Qardaşxan Əliyev, Mətin Rəhimli, Qərib Səlimov, Şəmsəddin Əsgərov, Müşfiq Zülfüqar, Natiq İsmayıloğlu, Feyruz Şivəxanov, Ənvər Qafarov və digərləri “İmza günün”də müəllifə öz xoş arzularını ünvanlayıb, yeni kitabının nəşri münasibətilə təbrik ediblər.
Nabat Sədrəddinova, Fidan Hüseynova, Gülnarə Həsənova, Səma Hüseynova Ədalət İzzətoğlunun şeirlərindən nümunələr səsləndiriblər.
Sonda Ədalət İzzətoğlu tədbir iştirakçılarına, “Poeziya Evi”nin rəhbərliyinə, əməkdaşlarına öz təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub. Kitabını imzalayaraq oxuculara hədiyyə edib.
Manevr.az
Fotolar Natiqindi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar