Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gələn il Azərbaycanda 2 dəfə Ay tutulacaq

Tarix: 24-11-2017 13:01     Baxış: 3261 A- / A+
Gələn il Azərbaycanda 2 dəfə Ay tutulacaq
2018-ci ildə Azərbaycanda iki Ay tutulması hadisəsi baş verəcək.

Manevr.az xəbər verir ki, bunu “report”a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, tutulmalar mərkəzi tutulmalar adlanır: “Yəni, tutulma yer kürəsinin ekvatoru hissəsindən baş verəcək ki, bu zaman Ay yerin ekvatorial zonasında olacaq. Belə olan halda Ay yer kürəsinin kölgəsinin mərkəzindən keçəcək. Ona görə də buna mərkəzi tutulma deyilir”. X.Mikayılov ilk Ay tutulması hadisəsinin yanvar ayının 31-də saat 15:48:27-də başlayacağını bildirib: “Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq. Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq formada olacaq. Yəni, Ay qızarmış formada olacaq”.

Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu , yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: “İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o demək ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər”.

O, həmçinin əlavə edib ki, ölkədə ikinci Ay tutulması hadisəsi iyulun 28-də baş verəcək: “Təbiət hadisəsi saat 22:24:27-də başlayacaq. Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar