Xəbər lenti
“Borçalını dedi-qoduların sərgi salonuna çevirmək olmaz"-Şərif Kərimli
Bu gün "Borçalı” İctimai Birliyi idarə heyəti üzvlərinin, işçi qrupunun və ağsaqqallar şurasının fəallarının mətbuat konfransı keçirilib.
Manevr.az xəbər verir ki, Gündəmdə duran əsas məsələ Birliyin idarə heyətində düşünülmüş şəkildə yaradılan qarşıdurma, onun aradan qaldırılması və ümumiyyətlə, Azərbaycan-Gürcüstan əlaqələrində "Borçalı” İctimai Birliyinin oynayacağı rol barədə açıqlamalar olub.
Birliyin həmtəsisçisi və sədr müavini yazıçı-jurnalist Şərif Kərimli müxbirimizə bunları söyləyib:
- 80-ci illərin sonlarında Gürcüstanda soydaşlarımıza qarşı başlayan antiazərbaycan əhval-ruhiyyəsi fonunda təkcə Borçalıda deyil, eyni zamanda Azərbaycanda yaşayan Borçalı əsilli soydaşlarımız arasında da aqressiyaya qarşı təşkilatlanma işi sürətləndi. Bu aksiyanın icraçıları ilə yanaşı, onun ilhamvericiləri də məlum idi. İnsanların milli hissləri ilə oynayan kriminal qrupların tərkibində eyni zamanda yad havalara əl qaldırıb oynayan soydaşlarımız da istisna deyildi.
Z.Qamsaxurdiya, E.Şevardnadze dövründə azərbaycanlıların evlərinin yağmalanması, ailə üzvlərinin oğurlanması, əvəzində külli miqdarda məbləğ tələb olunması milli münaqişələrin silahlı qarşıdurmalara çevrilməsinə gətirib çıxara bilərdi. Ona görə də Borçalıda və Azərbaycanda, xüsusilə Bakıda yaranan mədəni-maarif cəmiyyətləri, ictimai birliklər Qafqazın iki qədim xalqı arasında tarixi dostluq ənənələrini bərpa etməklə yanaşı, hər iki dövlətin rəsmilərini belə məsələlərdə daha həssas olmağa səsləyirdi. Lakin təəssüf ki, qarşı tərəfdən yalançı vədlərdən başqa real addımlar atılmırdı. Nəhayət, Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyevin səyləri nəticəsində, sözün həqiqi mənasında, Qafqazda və Azərbaycan-Gürcüstan arasında sabitlik yaranmağa başladı.Gürcüstanla çağdaş siyasi, iqtisadi, milli, mədəni əməkdaşlığımız dövlətimizin başçısı cənab İlham Əliyevin də xüsusi önəm verdiyi xarici siyasət kursunun prioritet istiqamətlərinə çevrildi.
Bu gün Borçalıda və region ətrafında hansı olaylar cərəyan etməkdədir. Vaxtilə Gürcüstanda milli dirçəliş, milli özünüdərk və milli özünümüdafiə zəminində yaranan cəmiyyətlər tamamilə siyasiləşərək Gürcüstanda gürcü, Azərbaycanda isə yerli iqtidar-müxalifət partiyaları arasında əriməkdədir. Bunun ən böyük zərbəsi isə milli-mədəni əlaqələrə, eləcə də digər sosial-siyasi münasibətlərə dəyir.
Bakıda fəaliyyət göstərən "Borçalı” İctimai Birliyi də bu mənada istisna deyil. Hər birimizin hansısa siyasi təşkilata və onun həyata keçirmək istədiyi proqramlara rəğbəti ola bilər. Lakin milli-mədəni zəmində yaradılan birliklərin liderlərinin mənəvi haqqı yoxdur ki, həmin birlikləri siyasi alətə çevirsinlər. Bu gün "Borçalı” İctimai Birliyində yaranan fikir ayrılıqları da məhz bu təmayüllərlə bağlıdır. 1993-cü ildə Borçalının ünlü ziyalılarından olan Kamal Talıbzadə, Camal Mustafayev, Şamıl Qurbanov, Hidayət Nuriyev, Şərif Kərimli, Xaləddin İbrahimli, Ayvaz Ayvazov, Arif Əmrahoğlu və başqalarının təsisçiliyi ilə yaradılan "Borçalı” İctimai Cəmiyyəti məhz azərbaycanlılar və gürcülər arasında dostluq, qardaşlıq münasibətlərini gücləndirmək və bu münasibətlərə ləkə salmağa çalışan yad ünsürlərə qarşı mübarizə aparmaq məqsədi daşıyırdı.
Hazırda Cəmiyyətin (Birliyin) təsisçilərindən 3 nəfər həyatdadır. Çox təəssüf ki, yaradıldığı gündən 5-6 il sonra şəxsi maraq və ambisiyalara üstünlük verən Ayvaz Ayvazov (Eyvaz Borçalı) digər təsisçilərin iradəsi ilə hesablaşmayaraq qurumu təkbaşına idarə etməyə başlayıb. Əvvəlcə özünü sədr seçdirərək bir çox ziyalıları qurumdan uzaqlaşdırıb. Bu da azmış kimi, ictimai təşkilatlarla bağlı qanunvericiliyi pozaraq ictimai birliyin fəaliyyətini qanunun tələb etdiyi kursdan sapındıraraq onu siyasiləşdirib. Bununla da bir çox Borçalı əsilli ziyalının haqlı iradlarına məhəl qoymayaraq çoxsaylı insanları təşkilatdan uzaqlaşmağa vadar edib.
Həmin düşünülməmiş addımların ağrısını bu gün də çəkirik və bizim balalarımız, soydaşlarımız da bu ağrının acısını dadacaqlar.A.Ayvazovun özündən sonra Birliyə müxtəlif vaxtlarda gətirdiyi hər iki sədrin aqibəti eyni olub: Gürcüstan hökuməti tərəfindən onlarınölkəyə girişinə qadağa qoyulub.
2016-cı ildə yenidən formalaşdırmağa başladığımız Birliyin idarə heyətində A.Ayvazov yenə də destruktiv hərəkətləri ilə parçalanmanın əsasını qoyub. Nəticədə Birliyin idarə heyətində müxtəlif ölkələrin dövləti maraqlarına xidmət edən bəzi şübhəli ünsürlər özlərinə yer ediblər. Bu, gələcəkdəçox təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxara bilər - nəinki idarə heyəti üzvlərini, eləcə də bütün Borçalıları üz-üzə qoya bilər!
Yaşına görə ona kompromis variantlar təklif edənlərin sözünü saya salmayan, eloğlularının məsləhətini eşitmək istəməyən bu insan öz təsiri altına saldığı bir neçə adamın vasitəsi ilə təxribat yönümlü müxtəlif qızışdırıcı addımlar atır və parçalanmanı bir az da dərinləşdirir.
Biz Borçalılar torpağa həddən artıq bağlı adamlarıq. Harada yaşamasından asılı olmayaraq, elə bir Borçalı balası tapılmaz ki, ildə ən azı bir-iki dəfə doğmalarına baş çəkməsin. Elə buna görə də Bakıda cərəyan edən bütün olayların əks-sədası təbii olaraq Borçalıdan eşidilir. Biz istəmirik ki, Borçalını müxtəlif dedi-qoduların sərgi salonuna çevirək. Bu, düşmən qüvvələrin can atdığı arzudur. İctimai qurum olaraq yaratdığımız bu Birlik hər iki ölkənin dövlət qurumlarına qarşı əks mövqedə dayanmamalı, əksinə, onlarla ümumi işimiz naminə əməkdaşlıq etməlidir
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar