Xəbər lenti
“Turqut Özal bizə ABŞ-ın mesajını çatdırdı” - İrandan T. Özal haqqında ŞOK İDDİA
Biz bu gün Qərbi Asiyada ən böyük güclərdən biriyik.
Manevr.az xəbər verir ki, bunu İranın “Kanal 2” televiziyasına müsahibəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun eks-komandanı Möhsün Rzai söyləyib. Onun sözlərinə görə, hazırda İranın bu gücü regionun xaricində də hiss edilir:
“Bu gün Hizbullahın öz ayaqları üzərində dayanması bizdən aldığı elm sayəsindədir. İraqda ekstremistlərin qələbə qazanmaması da İranın Bağdada göndərdiyi texniki yardımla əlaqədardır. Bu gün dünya bizim raket sistemimizdən danışır. Əgər savaş istəmiriksə, buna hazır olmalıyıq və düşmənin hücumuna ağır cavab verməliyik. Ətrafımızdakı ölkələrin hamısı xaos içərisindədir. Buraya hətta Türkiyə də daxildir. Çevrilişə cəhd, ölkənin şərq və cənub-şərqində kürdlərlə savaş Türkiyəni etibarsız vəziyyətə gətirib çıxarıb.
İslam inqilabından sonra biz dəfələrlə Amerikanı sınadıq. Haşimi Rəfsancani prezident olanda Türkiyə Prezidenti Turqut Özal bizə amerikalıların mesajını çatdırdı. Mesaj belə idi: “Əgər Amerikanın Livandakı əsirlərinin buraxılmasına İran yardım etsə, o zaman Vaşinqton iranlıların təxmin edə bilməyəcəyi bir şey edəcək”. Biz Hizbullaha əmr edə bilməzdik, amma yenə də yoldaşlarımızdan birini göndərib onları zorla razı saldıq. Bundan sonra Turqut Özaldan dəfələrlə “bizim təxminən edə bilməyəcəyimiz vəd nədir”, - deyə, soruşduq. Amerikalıları dəfələrlə sınadıq. Biz ayaqlarımız üzərində dayanmalıyıq. Nə qədər güclü olsaq, Amerika da yolumuzu o qədər açmaq məcburiyyətində qalacaq”.(axar.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar