Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ölkədə ordu çevriliş etməyi planlaşdırır

Tarix: 15-11-2017 09:01     Baxış: 4387 A- / A+
Ölkədə ordu çevriliş etməyi planlaşdırır
Zimbabvedə hərbçilər “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərbçilər binaya daxil olan və çıxan şəxsləri yoxlayırlar. Məlumata görə, bir neçə televiziya işçisi hərbçilər tərəfindən döyülüb. Efirə çıxacaq xəbərlər blokunun yayımı dayandırılıb.

Bundan əvvəl Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib.

Yerli KİV-lər qeyd edir ki, bölgədə yerləşən hərbi hissələrin birindən paytaxta doğru zirehli texnika karvanı irəliləməyə başlayıb.

Qeyd edək ki, noyabrın əvvəlində Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe xələfi hesab edilən müavini, orduda böyük nüfuza malik olan Emmerson Mnanqaqvanı istefaya göndərib.

Ötən gün Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar