Xəbər lenti
Əməkdar artist olan müğənni: “Fəxri adı gözləmirdim”

Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda digər fəxri adlarla yanaşı, əməkdar artist adı alan sənət adamları da var. Əməkdar artist fəxri adına layiq görülənlər isə Nizami Abdullayev, Aybəniz Bağırova, Vasif Cəfərov, Nurlan Növrəslidir.
Nurlan Növrəsli bildirib ki, fəxri ad alması onun üçün gözlənilməz olub: “İlk öncə prezidentimiz İlham Əliyevə təşəkkür edirəm ki, məni “Əməkdar artist” adına layiq görüb. Dünəndən dost-tanış zəng edib, təbriklərini çatdırır. Fəxri ad almağımı saytlardan oxudum, gözlənilməz oldu. Əslində, hər bir sənət adamı üçün fəxrdir ki, zəhməti qiymətləndirilir. Bizim üçün dəyərdən yüksək nə ola bilər? Ailəm də bu xəbəri sevinclə qarşıladı. Bir daha başda prezidentimiz olmaqla, hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, N.Növrəsli “Azəristar” yarışmasının finalçısı, 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX populyar mahnı müsabiqəsinin laureatı, I yerin sahibi olub.
Könül İbrahim
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar