Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Uorlik ikibaşlı danışır - M. Əhmədoğlu

Tarix: 20-09-2016 16:33     Baxış: 3474 A- / A+
Uorlik ikibaşlı danışır



















“C. Uorlikin “İnterfaks” agentliyinə verdiyi müsahibənin məzmunu bir yana, müsahibənin strukturu özü də bəzi məsələləri aşkarlayır. C. Uorlikin verdiyi cavablar da məhz ermənilər üçün nəzərdə tutulub”.

Manevr.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransında bildirib.

M. Əhmədoğlu deyib ki, C. Uorlikin diplomatik ikibaşlı ifadələrinə alışmışıq: “Amma onun S. Sərkisyanın Dağlıq Qarabağa getməsinə həvəslə haqq qazandırması diqqətdən kənarda qalmır. Əgər S. Sərkisyan Dağlıq Qarabağda anadan olduğu üçün ora gedirsə, onda Ermənistanın dünənə qədər baş naziri idi və yaxud eks-baş nazirlər Ovik Abramyan və Tiqran Sərkisyan, eləcə də parlamentin spikeri Qalust Saakyan dəfələrlə Dağlıq Qarabağda olublar. Eləcə müsahibəni götürən jurnalist xanım da məhz erməni prizmasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi detalları təfərrüatlı şəkildə bilir”. Politoloqun sözlərinə görə, C. Uorlikin birdən-birə MDB sammiti ərəfəsində ortalığa çıxıb bu müsahibəni verməsinin yalnız bir məqsədi var idi - MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakı ilə ehtimali görüşünə imkan verməmək. Fikirləri çaşdırmaq, eləcə də təxminən 10 gündən sonra daha vacib görüşün ola biləcəyi görüntüsünü yaratmaq. Uorlik çalışır ki, sentyabrın sonlarında BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri görüşsün və dərhal onun dalısınca BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ prezidenti B. Obamanın iştirakı ilə təşkil olunsun. Çünki bu B. Obamanın son şansıdır, prezidentlik dövrü başa çatır”.

Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı ortalığa qoyduğu bütün fikirlər siyasiləşmiş və antirusiya mahiyyətli fikirlərdir: “ABŞ Dağlıq Qarabağ tənzimlənməsində indiki mövqeyini məhz indiki zamanda ona görə qoyub ki, artıq Moskvadakı ermənilər Ermənistan rəhbərliyi ilə birlikdə məqsədyönlü şəkildə aktivləşiblər. Kreml, eləcə də Xarici İşlər Nazirliyi Uorlikin bu tələsinə düşdü və heç bir reaksiya vermədi. ABŞ Rusiyanın daxilində işini elə qurub ki, V. Putin Dağlıq Qarabağ məsələsi ilə məşğul ola bilmir.

M. Əhmədoğlu qeyd edib ki, Rusiyadakı ermənilər Rusiya hakimiyyətinə təsir etmək prizmasından çox güclüdürlər: “ABŞ bunu bilir və ermənilərin də ABŞ üçün qiyməti məhz bundadır. Ona görə Azərbaycandan neft-qaz almasına, Azərbaycanın tranzit imkanlarından yararlanmasına baxmayaraq, ABŞ üçün Ermənistan Azərbaycandan daha vacibdir. Amma məsələnin digər tərəfi var ki, hazırda Dağlıq Qarabağ münaqişəsi Suriya problemi kontekstində gündəlikdədir. Suriya problemi kontekstində Dağlıq Qarabağın gündəliyə gəlməsi bu o deyən şeydir ki, Çeçenistan, ümumiyyətlə Şimali Qafqaz məsələsi gündəlikdədir”.

Politoloqun fikrincə, ABŞ-ın Dağlıq Qarabağ məsələsində əsas məqsədi Azərbaycana deyil, Rusiyaya zərbə vurmaqdır: “Dağlıq Qarabağ münaqişəsi hazırda ABŞ-ın əlində həm Rusiyanın, həm də İranın ərazi bütövlüyünə təhdid yaradan vasitədir. Rusiya və İranın son dövrlərdə yaxınlaşması Dağlıq Qarabağ məsələsini ABŞ üçün bu kontekstdən daha aktual edir”.(Azadinform)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar