Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dalğalan, enmə bir də Azərbaycan bayrağı- Nəsib NƏBİOĞLU (şeir)

Tarix: 09-11-2017 17:09     Baxış: 31 670 A- / A+
Dalğalan, enmə bir də Azərbaycan bayrağı- Nəsib NƏBİOĞLU


Manevr.az 9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə Moskvada yaşayan tanınmış şair Nəsib Nəbioğlunun “Azərbaycan bayrağı” şeirini təqdim edir:

Azərbaycan bayrağı

Mən yolunu gözlədim,min illər soraqladım,
Arzum qaldı gözümdə, için-için ağladım,
Azadlığın eşqini ürəyimdə saxladım,
Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

Torpaqdan pay vermişik hər ötənə,yetənə,
Haqq da qazandırmışıq,tikan kimi bitənə,
Əzəmət gətirmisən məmləkətə,vətənə,
Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

Elim pərən-pərəndir, o üzdə bir param var,
Torpağıma göz dikən neçə-neçə haram var,
Qarabağ boyda mənim ürəyimdə yaram var,
Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

Analar dillənməsin bir də göz yaşı üstə.
Tarixim yazılmasın sinə, başdaşı üstə,
Özüm görüm gözümlə Xankəndin başı üstə,
Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

Köksüm altda atəş var, odum,közüm sönmə sən,
Sazım,tarım qəm üstə nalə deyib dinmə sən,
Bir dəfə ucalıbsan,heç bir zaman enmə sən,
Dalğalan, enmə bir də Azərbaycan bayrağı!

İcveç, Malmö şəhəri, 2002-ci il.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar