Xəbər lenti
“Yəqin ki, “Qarabağ” çempion olacaq” - Kapitan
"Qarabağ" - "Zirə" matçından sonra qonaqların kapitanı Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Manevr.az təcrübəli futbolçunun müsahibəsini təqdim edir:
- “Zirə” demək olar ki, qapıya yaxınlaşa bilmirdi. Nə baş vermişdi? Əvvəlki turlardakı komandadan əsər yox idi...
- Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Rəqib məcbur edirdi ki, hücumlara geridən başlayaq. Alınmadı, məğlub olduq. Nə deyə bilərəm ki?
- Baş məşqçi müdafiədə oynamaq tapşırığı verə bilər, ancaq hər halda futbolçular bir-iki hücum edə bilərdi. Komanda sanki zərbə də vurmaq istəmirdi...
- Deməzdim ki, tam passiv idik. Son 15 dəqiqədə normal futbol oynadıq. Sonuncu ötürmələrdə çatışmazlıqlar var idi.
- Razılaşmırsan ki, keçən ilki “Zirə” indikindən güclü idi?
- Ötən il komanda qələbələr qazanırdı, razıyam. Nəticə olan yerdə hamı danışır. İndi isə 2 qələbə qazanıb, 3 dəfə məğlub olmuşuq.
- Ötən mövsümdən fərqli olaraq bu il “Zirə”nin Avrokuboklarda çıxış etməsinə maneə yoxdur. Real yanaşsaq, bu heyətlə Avrokuboklara vəsiqə əldə etmək olar?
- Hərənin məsələyə öz baxış bucağı, öz fəlsəfəsi var. Bizim komandaya gəlməkdə məqsədimiz güc qatmaqdı. Bu sual barəsində nəsə deyə bilmərəm. Baş məşqçi var, heyəti o müəyyən edir. Ancaq niyə də olmasın? Futbolda hər şey mümkündür.
- Bir kapitan, neçə ildi futbolda olan biri kimi sən necə düşünürsən, komandada boşluqlar çoxdu?
- Əlbəttə. Yeni komandadı bu. Ötənilki komandadan 8-9 nəfər dəyişilib. Birdən-birə qlobal dəyişiklik mümkün deyil. Sistemlər də fərqlidir. Əvvəl konkret müdafiə, əks-hücum futbolu oynayırdıq, bu il isə istəyirik ki, daha çox topla oynayaq. Siz məndən daha yaxşı bilirsiz, komandaya öz oyununu “otuzdurmaq” üçün illər lazımdı.
- Keçən il komandada Bonilya var idi, bu il sanki hücumçusuz çıxırsız oyunlara. Düzdü Nurlan var, ancaq məsələn ötən oyunda Viktor oynayırdı hücumda. Buna nə ad vermək olar?
- Bu, mənə veriləcək sual deyil. Mən də istəyərəm ki, komandaya hücumçu gəlsin. Bu işlərlə rəhbərlik, baş məşqçi məşğul olur, bəlkə də elə nüanslar var ki, heç birimiz bilmirik. Mən də istəyərəm ki, 3 güclü hücumçumuz olsun, rəqabət yaransın. Nə etmək olar? Belədi də.
- Necə düşünürsən, bəlkə keçən illə müqayisədə bu il rəqiblər daha çox güclənib?
- Əlbəttə, keçən il bizdən zəif komandalar çox idi. Bu il isə 8 komanda var. “Qəbələ” və “Qarabağ”ı çıxmaq şərti ilə hamısı eyni gücdədi. Bu il daha çətin olacaq, razıyam.
- Çempionluq yolunda favoritin kimdi? “Qarabağ”, ya “Qəbələ”?
- Yəqin ki, “Qarabağ” olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar