Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi

Tarix: 08-11-2017 08:49     Baxış: 6306 A- / A+
Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi

Fatimə Hüseynova: “İnanmıram ki, Füzuli müəllimə bu yolla təsir etmək mümkün olsun”

Bir müddətdir Azərbaycan mediasında Rusiyada və Avropada fəaliyyət göstərən azərbaycanlı iş adam, “İntersever” Şirkətlər Qrupunun prezidenti Füzuli Məmmədovla bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılmaqdadır. Aydın görünür ki, məqsəd son dönəmlərdə Azərbaycanın işğaldan azad edilən bölgələrinin inkişafı, şəhid və qazi ailələrinə dəstək verilməsi ilə bağlı xeyriyyə layihələri həyata keçirən, eləcə də Avropada geniş diaspora fəaliyyəti ilə məşğul olan iş adamının nüfuzunu zədələməkdir.

Musavat.com xəbər verir ki, bu işə Füzuli Məmmədovun qardaşı Fərhad Məmmədov da cəlb edilib. Ailənin “zəif bənd”i bir sıra iddialar irəli sürərək “İntersever”in və şirkət rəhbərinin işgüzar nüfuzunu zədələməyə çalışır. Diqqət çəkən odur ki, Fərhad Məmmədov səsləndirdiyi iddialarla bağlı heç bir sübut təqdim etmir. Bütün bunlar söylənənlərin əsassız olması ilə bağlı şübhə yaratdığından yaxın günlərdə baş tutan Moskva səfərimizdə Fərhad Məmmədovun keçmiş həyat yoldaşı Fatimə Hüseynova və oğlu Məmməd Məmmədovla görüşüb duruma aydınlıq gətirməyə çalışdıq.

Fatimə Hüseynova da əslən Ordubaddandır. 17 il Fərhad Məmmədovun həyat yoldaşı olub. 6 il öncə rəsmən boşanıblar. Bu nikahdan 3 övladları var. Kiçik qızları 5 yaşlı Melisa atasını görməyib. O, dünyaya gəlməmişdən bir neçə ay öncə atası “yeni həyat”a başladığı üçün ailəsini tərk edib. Fatimə Hüseynova deyir ki, indi ailə Füzuli Məmmədovun himayəsində yaşayır: “Fərhadın Azərbaycan mediasına açıqlamalarını görəndə, açığı, təəccüblənmədim. Çünki 17 il birgəyaşayışımız onu tanımağım üçün yetərli olmuşdu. Fərhad onu lüks həyata qovuşduran qardaşına sözün bütün mənalarında şər atır. O, hər zaman özü üçün yaşayıb. Bu evdə sanki ayrı bir muxtariyyəti vardı. Fərhad çox zəngin, biz isə ehtiyac içində idik. Övladlarının sağlamlığı belə onu maraqlandırmırdı. Sonra da öyrəndim ki, həyatında başqa qadın var və boşanmaq qərarına gəldim. Uzun müddət boşanmanın da qarşısını aldı. Vəkillərimi pulla almışdı. İndi çox nadir hallarda böyük qızımıza zəng edir. Onun 20 yaşı var. Oğlumuz onun bizə yaşatdığı travmalardan sonra atası ilə danışmaqdan imtina edir. 5 yaşlı Melisa isə atasını, ümumiyyətlə, tanımır... İndiyə qədər aliment məsələsini də həll edə bilməmişəm. Çox təəssüf, bu məsələdə Rusiya qanunvericiliyində boşluqlar var. Məhkəmə onu tapa bilmir. Məsələ burasındadır ki, onun faktiki ünvanı bizim yaşadığımız bu mənzildir. Məhkəmə ona məktub göndərir, məktub bizə gəlir. Bununla bağlı Rusiya prezidentinin saytına şikayət yazandan sonra problemi xüsusi nəzarətə götürüblər. Noyabrın 21-də məhkəməmizdir”.

Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi
Fatimə Hüseynova

- Siz evli olanda Füzuli Məmmədovla onun münasibətləri necə idi?


- İki doğma qardaşın münasibəti kimi. Füzuli Məmmədov böyük qardaş kimi, hər zaman ona dayaq olub. Onların arasında 10 il yaş fərqi var. Füzuli Məmmədov Azərbaycanı tərk edib Moskvaya gələndə Fərhad uşaq olub. Sonra o da qardaşının yanına gəlib, himayəsində yaşayıb, işləyib, qardaşına görə hər yerdə onun üçün yaşıl işıq yanıb. Heç bir çətinlik çəkmədən iri kapitalla biznesə başlayıb. Məsuliyyətsiz hərəkətləri ilə həmin biznesləri iflasa aparıb. Amma Füzuli Məmmədov dəfələrlə onu bataqlıqdan çıxarıb. Bunu ailədə hər kəs bilir - qardaşlar, bacılar, onların övladları... Mən aliment üçün sənədlər toplayanda bəlli oldu ki, onun aylıq gəlirlərinin 100 min dollar olan dönəmləri də olub. Ancaq ailəsi - mən, uşaqlar bu imkanları görməmişik. Gördüyünüz kimi, sadə evdə yaşayırıq, uşaqlar da özəl yox, dövlət məktəblərində oxuyub, hər zaman sıradan həyat sürmüşük. Amma özünə heç zaman xəsislik etmirdi - bahalı istirahətlər, bahalı maşınlar, bahalı geyimlər... O, lüks həyatı ilə öyünməyi sevirdi. Fərhad bizdən ayrılıb yeni həyatına başlayandan sonra biz maddi cəhətdən daha rahat yaşamağa başladıq. Çünki ailəmizi Füzuli Məmmədov himayəsinə aldı. Artıq uşaqların ehtiyacı ilə bağlı uzun-uzadı müzakirələrə gərək qalmır, nə lazım olsa əmiləri yoluna qoyur. Biz buna görə ona çox minnətdarıq.

“Füzuli Məmmədovun nüfuzu belə iddialarla zəifləməz”

- Sizcə, faktiki olaraq Füzuli Məmmədovun qardaşı olduğu üçün bəlli bir yerə gələn Fərhad Məmmədovun qardaşına qarşı iddialar irəli sürməsinin arxasında kimlər dayana bilər? Ailə içərisindən biri ola bilərmi?

- Qətiyyən. Füzuli Məmmədovun ailədə nüfuzu böyükdür. Çünki çevrəsinə həssas adamdır, heç kimin məhrumiyyətdə, çətinlikdə qalmasını istəmir, çalışır hər kəsə yardım etsin. Onların 5 bacısı var. Heç biri Fərhadla danışmır. Mənimlə, uşaqlarla isə münasibətləri çox yaxşıdır. Qardaşlarını bizi qoyub getdikləri üçün çox məzəmmət ediblər, amma faydasız olub. Füzuli müəllimin xətrini isə hamı çox istəyir - həssas insan olduğu üçün. Məni onun müsahibəsində təəccübləndirən Fərhadın digər qardaşlarının Füzuli müəllimlə gərginliyə görə xəstəlik tapdıqlarını, dünyadan köçdüklərini deməsi oldu. Ağ yalandır. Xəstəlikdən kimsə sığortalanmayıb. Qardaşları xəstələnəndə Füzuli müəllim onların başının üstündə olub. Müayinə, müalicə, dəstək, nə lazımdırsa, təşkil edib. Necə belə allahsız danışmaq olar? Əksinə, “İntersever”də çalışan böyük qardaşları Firidun Fərhadı dindirmirdi. Artıq onun hərəkətlərindən cana doymuşdu. O, il yarım öncə vəfat etdi. Onun hüzr mərasimində Füzuli müəllimlə Fərhadı barışdırmaq istədilər. Füzuli müəllim hazır idi, Fərhad yaxın durmadı.

- Sizcə, niyə?


- Çünki iddiaları böyükdür. O, heç nə etmədən lüks həyat yaşamaq istəyir. Şantaj yolu ilə qardaşının ona ciddi maliyyə verəcəyinə ümid edir. Ancaq mən inanmıram ki, Füzuli müəllimə bu yolla təsir etmək mümkün olsun. O, uzun illər qardaşlıq borcunu ən yüksək səviyyədə yerinə yetirib və indi də Fərhadın 3 övladını himayə etməklə bunu davam etdirir. Fərhadın Füzuli müəllimdən maddi dəstək istəməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur.

- Fərhad heç bir sənəd göstərmədən “İntersever”in vitse-prezidenti, payçısı olduğunu deyir. O, belə bir vəzifədə çalışıbmı?


- Fərhad və vitse-prezidentlik... “İntersever”də, ümumiyyətlə, vitse-prezident postu yoxdur. İkincisi də, Fərhad heç zaman “İntersever”də rəsmən işləməyib. Onun buna qabiliyyəti çatmaz. Qardaşı ona kiçik, orta biznesdə işlər tapşırırdı, o da onları görməyə çalışırdı. Yenə deyirəm, o, bu imkanlara zəhməti, qabiliyyəti ilə yox, qardaşının hesabına sahib olub. İddia edir ki, şirkəti Füzuli müəllimlə bir yerdə qurub. Axı Füzuli Məmmədov Moskvada iri ticarətlə məşğul olanda o, Ordubadın Dəstə kəndində orta məktəbdə oxuyub. Bu necə ola bilər? Onun hərəkətləri, davranışları adekvat deyil. Fərhadı tanıyanlar yaxşı bilir ki, onun biznes qabiliyyəti demirəm, riyazi bilikləri də çox aşağı səviyyədədir. Bu qabiliyyətin sahibi Rusiya kimi nəhəng bazarda rəqabət qabiliyyəti olan şirkət qura bilərdimi? Bunlar hamısı uydurmadır, şantaj vasitəsidir. Asan pullara öyrəşib, indi yenə onları əldə etmək istəyir. Amma başqalarının səbrini bu qədər tarıma çəkmək insanın özünə böyük problem yaradar.

- İndi Fərhad Məmmədovun biznesi varmı?


- Heç nəyi yoxdur. Öz məsuliyyətsizliyi və bacarıqsızlığı sayəsində müflis olub. Bakıda mənzillərimiz, maşınlarımız vardı. Onları satır. Əslində onların hamısında mənim də payım var - çünki bizim evlilik dönəmimizdə alınıb. Fərhadın indi psixoloji durumunun yerində olduğundan da şübhəliyəm. Çünki yaydığı xəbərlərdə Füzuli Məmmədovu narkobaron kimi təqdim edir. Bəli, Füzuli Məmmədova qarşı belə bir iddia ilə cinayət işi açılmışdı. Ancaq istintaq həqiqəti üzə çıxardı və o, 1 gün də həbsxanada yatmadan istintaq təcridxanasından azadlığa çıxdı. Həmin cinayət işinin davamı kimi Füzuli Məmmədovu həbsini təşkil edən Rusiya daxili işlər orqanlarının 6 əməkdaşına qarşı iş qaldırıldı və onlar məhkəmə qərarı ilə həbs edildilər. Həmin dönəmdə bütün Rusiya mediası bu faktı sensasiya kimi təqdim edirdi, çünki prokurorluq orqanlarının məhkəmədə belə böyük bir iş üzrə uduzması nadir hadisə idi. Azərbaycanda da, Rusiyada da ən yüksək səviyyədə bu işin qurama, böhtan olduğunu bilirlər. Fərhadın bu məsələ ilə bağlı yaydığı şayiələr, sadəcə, gülüncdür.

- Fərhad Məmmədov inanclı insan olduğunu bildirir...


- Bu haqda bilgim yoxdur. Çeçen dostlarının olduğunu bilirdim. Bizimlə yaşayanda ibadət etmirdi. Amma imana gəlibsə, gərək öncə övladları haqqında düşünə. Çünki övladlar bizə Allahın əmanətidir. Övladları ilə maraqlanmayan, onları çətinlikdə, mənəvi, psixoloji basqı altında qoyan bir insanın ibadəti qəbul olarmı - buna inanmıram.

Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi

Söhbətə Fərhad Məmmədovun oğlu Məmməd qoşulur:
“Bu il ali məktəbə başladım. Hüquq təhsili alıram. Ödənişli fakültədə təhsil alıram və bu ödənişi atam yox, əmim edir. Atam, ümumiyyətlə, bizimlə maraqlanmır. Onunla bağlı heç bir işıqlı xatirəm yoxdur. Hərdən beynimi qurcalayıram ki, bəlkə uşaqlıq illərimdə hansısa müsbət emosiya doğura biləcək nəsə tapım, inanın, yoxdur. Bu evdə qonaq kimi yaşayırdı, ancaq özünü düşünürdü, heç bir mehribanlıq, diqqət, qayğı göstərmirdi.

Tanınmış iş adamı haqqında öz qardaşının yaydığı iddialara cavab gəldi

Təsəvvür edirsiz, bizim 1 dənə də olsun ailə fotomuz yoxdur. İndi həm oxuyuram, həm də işləyirəm. Gələcəklə bağlı planlar quranda heç zaman onların içərisində atam olmur. Çünki mən onun oğlu olsam da heç zaman özümü onun həyatının önəmli hissəsi, əzizi kimi görə bilməmişəm. Buna görə də ata kimi ona nə hörmətim, nə də məhəbbətim var. Sadəcə, şanslıyam ki, Füzuli Məmmədov kimi əmim var. Onun dəstəyi olmadan nə mən, nə bacım təhsil ala bilməzdik. Bizə yaxşı təhsil vermək anamın gücü xaricində olacaqdı”.

Fatimə xanım davam edir:
“Fərhad nahaq bu yolu tutdu. Hörmətli bir adamı belə saxta iddialarla gözdən salmaq mümkün deyil. O, belə iddialarla zəifləməz. Füzuli müəllimin adı Fərhad üçün böyük bir qalxan idi. İndi o, hər kəsə göstərir ki, Füzuli müəllimlə münasibətləri pisdir, bununla da özünü tamamilə təklənmiş vəziyyətə salır. Bəlkə də o, Füzuli müəllimlə xoş rəftar etsəydi, ona yaxınlaşmağa çalışsaydı, yenidən çox şey əldə edərdi... Amma o, səhvlərindən nəticə çıxarmağı bacarmadı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar