Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Saxta “WhatsApp” 1 milyon istifadəçini aldadıb

Tarix: 06-11-2017 20:32     Baxış: 3333 A- / A+
Saxta “WhatsApp” 1 milyon istifadəçini aldadıb
Bir milyondan çox “Android” istifadəçisi “Google” şirkəti məsələyə reaksiya verənədək “Google Play” mağazasından “WhatsApp” messencerinin saxta surətini yükləyib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “WhatsApp” loqotipinə malik əlavə “Update WhatsApp Messenger” adlanıb.

Əksər istifadəçilər tərtibatçı adının rəsmi adla eyni olmasına görə bunun servis yenilənməsi olmasını düşünüb. Bunun üçün fırıldaqçılar “Unicode” standartında boşluqdan istifadə ediblər.

Saxta əlavə yalnız digər proqram və servislərin reklam yeniləmələrini göstərib. Fırıldaqçıların bundan pul qazanmaq istəməsi ehtimal olunur. Yalnız proqram təminatı bir milyondan çox istifadəçi tərəfindən yükləndikdən və “Reddit” saytında onun saxta olması ilə bağlı çoxlu məlumat dərc edildikdən sonra “Google” şirkəti proqramı “Google Play” mağazasından silərək tərtibatçını bloklayıb.

Təhlükəsizlik üzrə mütəxəssislərin məlumatına görə, oxşar hadisə həmişə baş verir. Mağazada mütəmadi olaraq “Facebook” və digər populyar əlavələrin saxta versiyaları yer alır. Məsələn, saxta “Facebook” versiyası 10 milyon dəfədən çox yüklənib.

Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar