Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış şair Ağasəfa ilə görüş keçirilib -FOTOLAR

Tarix: 06-11-2017 10:17     Baxış: 2628 A- / A+
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib


Manevr.az xəbər verir ki, Sumqayıt "Poeziya evi"ndə uzun müddətdir mərkəzdən uzaqlaşıb dağların qoynunda- doğulduğu Qarabulaq kəndində məskən salan, tanınmış şair Ağasəfa Yəhyayevlə görüş keçirilib. Şairin 75 illik yubileyi, eyni zamanda kitab təqdimatı ilə əlaqədar təşkil olunan tədbiri giriş sözü ilə "Poeziya evi"nin rəhbəri, şair İbrahim İlyaslı açdı. Sözünə səbəbkarın şeiri ilə başlayan natiq şair haqqında fikirlərini söylədikdən sonra sözü tənqidçi Vaqif Yusifliyə verdi. O şairin həyat və yaradıcılığı haqqında geniş məruzə etdi. Tədbirin aparıcısı, şair Ofelya Babayeva Ağasəfa haqqında fikirlərini söylədi, xatirələrini bölüşdü. Ağasəfa çıxışında Sumqayıtın onun üçün doğma şəhər olduğunu bildirdi. Onu da qeyd etdi ki, ilk şeiri məhz "Sumqayıt" qəzetində dərc olunub.
Şairlərdən Rafiq Yusifoğlu, Əvəz Mahmud Lələdağ, Zirəddin Qafarlı, Xatirə Fərəcli, Gülnarə Cəmalləddin, Elvin Əlizadə, Süleyman Hüseynov, Rafael Laçınlı, Sevinc Qərib, Süleyman Sərraf yubilyarı təbrik edərək xoş arzularını bildirdilər, onun şeirlərindən nümunələr söylədilər. Yazıçı-dramaturq Əyyub Qiyas, jurnalistlərdən Zümrüd Baloğlanova, Rəhman Orxan, Müşfiq Borçalı, orta məktəb müəlliməsi Elmira Allahverdiyeva da şair haqqında fikirlərini və xatirələrini bölüşdülər. Tədbirə qatılan "Cabir Novruz" fondunun prezidenti Cavanşir Qurbanov, vitse prezident Nəcməddin Mürvətov şairə diplom təqdim etdilər. Eləcə də, Sumqayıt Mədəniyyət İdarəsinin Həmkarlar Komitəsinin təmsilçisi Şahin Şəfiyev tərəfindən komitənin təsis etdiyi "Azərbaycan Ədəbiyyatında fəaliyyətinə görə və 75 illik yubileyi münasibəti ilə" diplomu şairə təqdim olundu. Ağasəfa Sumqayıt " Poeziya evi"nin fəxri üzvü elan olundu və İ.İlyaslı bunu təsdiqləyən vəsiqəni ona verdi.
Sonda şair şeirlərindən nümunələr söylədi, maraqlı xatirələrini danışdı.

Sevinc Qərib
Manevr.az

(Fotolar Şakir Rəhmanındı)
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib
Tanınmış şair Ağasəfa ilə görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar