Xəbər lenti
Sumqayıtda Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib -FOTO

Manevr.az xəbər verir ki, bu gün Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin akt zalında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, kollecin müəllim və tələbə heyəti istirak edib.
Tədbiri giriş sözü ilə kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə Hüseyn Cavidin 135 illik yubiley tədbirinin Kollecdə də qeyd olunmasının məqsədəuyğunluğundan danışıb. Sonra tədbirin təşkilatçısı, gənc yazıçı Günel Eyvazlı Hüseyn Cavid haqqında fikirlərini iştirakçılarla bölüşərək tədbirin bədii hissəsini açıq elan edib.
Tədbirdə Hüseyn Cavidin müxtəlif illərdə qələmə aldığı şeirləri, qəzəlləri söylənilmiş, “Topal Teymur” pyesindən bir hissə tələbələr tərəfindən səhnələşdirilmiş, şairin həyatından bəsh edən kadrlar, repressiya qurbanına çevrilən dəyərli ziyalılarımıza həsr olunmuş videoçarx nümayiş olunmuş və qonaqlar çıxış etmişlər.(edebiyyatqazeti.az)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar