Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyası: GÖMÜRÜK ƏMƏKDAŞI AZƏRBAYCANLILARI SÖYÜR

Tarix: 01-11-2017 13:53     Baxış: 6378 A- / A+
Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyası: GÖMÜRÜK ƏMƏKDAŞI AZƏRBAYCANLILARI SÖYÜR
Ötən gün Dağıstan-Azərbaycan sərhədində gömrük məntəqəsi qarşısında dağıstanlı və azərbaycanlı TIR şoferləri etiraz aksiyası keçiriblər. Virtualaz.org xəbər verir ki, aksiyaya səbəb Dağıstan gömrüyünün əməkdaşlarının TIR şoferlərindən hər dəfə sərhədi keçəndə rüşvət tələb etməsi, üstəlik onları söyüb təhqir etməsidir.

Aksiyada Dağıstanın müxtəlif yerlərindən 50-dən çox TIR şoferi iştirak edib. “Biz rüşvət verməkdən boğaza yığılmışıq” –onlar deyiblər. Sürücülər rüşvətxor gömrük əməkdaşlarının işdən azad edilməsini tələb ediblər.

“Hər dəfə gömrükçülərə sadəcə sərhədi keçməyə görə 4700 rubl vermişik, əgər hansısa qayda pozuntusu aşkar eləsələr məbləğ artır. Məcburuq cibimizdən ödəyək, əlbətdə, rüşvətə görə qəbz vermirlər. Nəticədə müştəri qarşısında hesabat verə bilmirik”-dağıstanlı TIR şoferi Abdulbasir Hacıakayev deyib.

Bir neçə sürücü gömrükçülərə rüşvət verməkdən imtina edib, dərhal da əngəllərlə qarşılaşıb. Onlar məcbur ediblər ki, yükləri “Viaduk” cənub terminalına boşaltsınlar və rentgendən keçirsinlər. Yükləri boşaltmaq üçün isə 20 min rubl ödəmək lazımdır. Nəticədə oktyabrın 30-da “Viaduk” terminalının qarşısında 200-ə qədər TIR-dan ibarət uzun növbə yaranıb.

Sürücüləri qəzəbləndirən həm də odur ki, Dağıstan gömrüyünün əməkdaşları onları təhqir edir. Məsələn, oktyabrın 30-da gömrük əməkdaşı azərbaycanlı sürücüdən rüşvət tələb edərkən mobil telefonla onun gizli videosunu çəkiblər. Söhbət zamanı gömrükçü azərbaycanlı şoferə məsləhət görür ki, pulu vermək lazımdır. Çünki verməsələr malları “Viaduk”a aparıb boşaltmalı, rentgen baxışından keçirib təzədən yükləməli olacaqlar. “Siz o axmaqlara qoşulmayın”-gömrük əməkdaşı rüşvət verməkdən imtina edən dağıstanlı TIR sürücülərini nəzərdə tutaraq deyir.



Oktyabrın 29-da isə Dağıstan gömrüyünün qadın əməkdaşı rüşvət verməkdən imtina edən azərbaycanlı sürücünü söyüb. Sürücülərdən biri həmin səhnəni mobil telefonla çəkib.

“Bizdən rüşvət aldıqları yetmirmiş kimi özümüzü də söyürlər, hədələyirlər, dağıstanlıları təhqir edirlər. Gömrükçü azərbaycanlı sürücüyə deyir ki, dağıstanlı sürücülərin başına oyun açacaq, yüklərini boşaldacaq. Biz bütün bunlardan boğaza yığılmışıq”-Dağıstan yükdaşıyanları İttifaqının rəhbərinin müavini Maqomed Kurmaqomedov aksiyada deyib.

Sürücülər Azərbaycan gömrüyünün işini nümunə göstəriblər, bildiriblər ki, sərhədin o tayında azərbaycanlı gömrükçülər onlardan heç bir qeyri-qanuni ödəniş tələb etmir, nəsə ödənilirsə buna görə qəbz verilir.

Bir neçə saat davam edən aksiyadan sonra Dağıstan gömrüyünün rəis müavini Hacımurad Şamxalov sürücülərlə görüşüb. Onlara məlumat verib ki, dağıstanlı TIR şoferlərini “axmaq” adlandıran gömrük əməkdaşı işdən azad edilib, azərbaycanlı sürücünü söyən əməkdaş barədə isə araşdırma başladılıb. Şamxalov vəd edib ki, gömrükdə sürücülərdən rüşvət alınmasına son qoyulacaq. Lakin o, gömrükdə rüşvətə son qoymağın asan məsələ olmadığını da deyib.

Manevr.az

Dağıstan-Azərbaycan sərhədində etiraz aksiyası: GÖMÜRÜK ƏMƏKDAŞI AZƏRBAYCANLILARI SÖYÜR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar