Xəbər lenti
Rusiyadan gətirilən məhbus şoka düşdü-"Elə bildim azad olacam"

Rusiyada quldurluq etdiyi üçün məhkum edilən 1990-cı il təvəllüdlü Xəyyam Hüseynovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması barədə müraciətə baxılıb.
Manevr.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, X.Hüseynov 2012-ci ilin iyun ayında Rusiyada 6 il müddətinə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, X.Hüseynovun ittiham olunduğu maddələr üzrə Azərbaycan qanunvericiliyinə görə ona ən aşağı həddə 8 il azadlıqdan məhrum etmə cəzası verilməlidir. Lakin Rusiya məhkəməsinin 6 il cəza təyin etdiyini nəzərə alaraq, hökm mübahisələndirilməyib.
X.Hüseynov da məsələyə münasibət bildirib: "Vətənində azadlığa buraxılacağımı fikirləşirdim. Onun üçün Azərbaycana qayıdaraq tənzimlənmə istədim".
Qeyd edək ki, X.Hüseynov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq; Qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq; silah istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar