Xəbər lenti
Düşmənin məhv edilməsi ƏMƏLİYYATI BAŞLAYIR: aprelin 7-nə qədər vaxt verildi
2018-ci ilin aprel ayında Türkiyə ordusu PKK-nın əsas yuvası olan Qəndilin məhv edilməsi əməliyyatına başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Məlumata görə, Türkiyə və İranın Suriya və İraqda müəyyən məsələlərdə birgə hərəkət etmək qərarı son aylarda ciddi nəticələr verir.
İranın Baş qərargah rəisi, general Muhammed Bakıri avqust ayında Ankaraya gəldi. Bu səfər Ankara-Tehran-Moskva xəttində təmasların nəticəsi idi. Prezident Ərdoğan da həmi ərəfədə “Qəndilə ortaq əməliyyat” mesajını verdi. Ankara-Tehran xəttində görülən işlər və son 55 gündə aparılan əməliyyatlar nəticəsində ciddi məsafə qət edildi. Türkiyə-İran arasındakı toplantılarda Qəndil dağı və bölgədəki şərtləri nəzərə alaraq, əməliyyatlar üçün ən azı 5 ay müddətin lazım olduğuna dair razılaşma əldə olunub. İranın diplomatik mənbələri PKK-nın Qəndildən Sincara qədər çox ciddi lojistik gücə sahib olduğunu deyərək, əvvəlcə bu lojistik xəttin məhv edilməsinin planlaşdırıldığını bildirib. Mənbələr əvvəlcə PKK üçün çox önəmli olan Sincar, Zummar və Keyvan xəttinin sıradan çıxarılacağını deyirlər.
Məlumata görə, aprel ayına qədər Ankara və Tehran arasında görüşmələr davam edəcək, apreldə əməliyyat başlayacaq.
Hərbi mənbələr isə aprelin 7-nə qədər əməliyyat planının hazırlanacağını bildirib. Rəsmi dairələr hərbiçilərə məhz bu tarixə qədər əməliyyatın incə detallarına qədər hazırlanması tapşırığını verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar