Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
27-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Sarkisyanın vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb" - Paşinyan

Tarix: 27-10-2017 20:42     Baxış: 5461 A- / A+
"Sarkisyanın vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb"


"Seçkilərin gedişatında, hansıların ki, nəticələri əvvəlcədən heç kimdə şübhə doğurmurdu, formalaşdırılmış parlament və hökumət 27 oktyabr 1999-cu ildə başsız qaldı".

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bunu bu gün Ermənistan parlamentində "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, o vaxt heç kim şübhələnmirdi ki, parlament xalqın etimad rəyi ilə formalaşdırılır, halbuki ondan əvvəlki və sonrakı seçkilər cəmiyyətdə əsaslandırılmış şübhələrə səbəb olurdu.

"Xatırlatmaq istəyirəm ki, 27 oktyabr 1999-cu ildə Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin başçısı postunu tuturdu, baş nazirin, spikerin və parlamentin deputatlarının müdafiəsi onun birbaşa vəzifəsinə daxil idi. Onun həmin vəzifədə olduğu dövrdə Ermənistanda daha çox rəsmi şəxslər öldürüldü. Mən hələ onu demirəm ki, sonradan aydınlaşdığı kimi, hüquq-mühafizə orqanları 27 oktyabrdan əvvəl terror aktına hazırlıq haqda informasiyaya malik olublar. Və Milli Təhlükəsizlik Xidməti qabaqlayıcı ölçülər götürməyə təşəbbüs göstərməyib", - deyə N.Paşinyan vurğulayıb.

Araşdırmaya və məhkəmə prosesinə gəlincə, Paşinyan qeyd edib ki, terror aktının təşkilatçıları haqqında ayrılmış hissə var. Yəni o məsələ ki, təşkilatçılar olub, rəsmi versiyaya daxil edilib. Amma işin bu hissəsi lazımi şəkildə araşdırılmır.

"Nə qədər ki, Serj Sarkisyanın müvafiq təsir imkanları var, bu iş vicdanla araşdırılmayacaq", - Paşinyan qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar